Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev

 
  Azərbaycanın dini rəhbəri bizim müsəlman dinimizi nəinki Azərbaycanda, bütün   Qafqazda təmsil edən ən yüksək rütbəli şəxsdir. Əgər Azərbaycanın dini rəhbəri bütün Qafqaz müsəlmanlarının Şeyxülislamı adını alıbsa, demək, bu bizim üçün böyük iftixar hissidir.
Ulu Öndər Heydər Əliyev 
  
 
Bizim doğma İslam dinimizin Azərbaycanda öz yerini tap­masında, insanların öz dini etiqadlarını yerinə yetirməsində, dinimizin özünəməxsus yer tutmasında Qafqaz Müsəlmanları İdarəsi və bu idarənin başçısı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Azərbaycanın Prezidenti kimi, mən bu fürsətdən istifadə edərək, respublikamızda İslam dininin bütün tələblərinin yerinə yetirilməsi və insanlara vicdan azadlığının verilməsi sahəsində əldə etdiyi nailiyyətlərə, Azər­baycanda xalqın, millətin birliyinin, həmrəyliyinin möhkəmləndirilməsində, inkişaf etməsində göstərdiyi fəaliyyətə görə Qafqaz Müsəlmanları İdarəsinə və onun rəhbəri hörmətli Hacı Allahşükür Paşazadəyə hörmət və ehtiramımı bildirirəm...
Ulu Öndər Heydər Əliyevin Bibiheybət
məscid-ziyarətgah kompleksinin
açılışı mərasimindəki nitqindən
12 iyul 1998-ci il
 
 
… Qafqaz Xalqları Ali Dini Şurası çox böyük, güclü və səlahiyyətli bir təşkilatdır və özünün X qurultayını keçirir.
Mən əminəm ki, siz bu qurultayda Qafqaz müsəlmanlarının gələcək fəaliyyəti haqqında lazımi müzakirə aparacaqsınız və müəyyən qərarlar qəbul edəcəksiniz. Bu qurultay Qafqaz müsəl­manlarının daha sıx birləşməsi üçün, bir-birinə dayaq olması üçün, bir-birinə dəstək olması üçün böyük bir mərhələ olacaq­dır. Çox məmnunam ki, Qafqaz Xalqlarının Ali Dini Şurasına rəhbərlik edən əlahəzrət Şeyxülislam Hacı Allahşükür Paşazadə də ötən illərdə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yeti­ribdir və beləliklə, sizin hörmət-izzətinizi qazanıbdır. Siz Şeyxü­lislam Hacı Allahşükür Paşazadəni tanıyırsınız, onu ali bir dini xadim kimi qəbul edirsiniz, ona hörmət edirsiniz və indi onun rəhbərliyi ilə bu qurultay toplaşıbdır.
İçkeriyanın Prezidenti tərəfindən Şeyxülislam Hacı Allahşü­kür Paşazadəyə İçkeriya Cümhuriyyətinin ali mükafatının – or­deninin verilməsini də mən əlamətdar hadisə hesab edirəm. Bu münasibətlə sizin adınızdan və öz adımdan, Azərbaycan dövlə­ti adından Şeyxülislam həzrətlərini təbrik edirəm. Bilməlisiniz ki, Şeyxülislam həzrətləri öz xidmətlərinə görə hələ 1994-cü ildə Azərbaycanın ali mükafatı – “Şöhrət” ordeni ilə də təltif olunub­dur...
Ulu Öndər Heydər Əliyevin
Bakıda keçirilən beynəlxalq konfransda və
Qafqaz müsəlmanları qurultayındakı nitqindən
30 sentyabr 1998-ci il
 
 
Hörmətli vətəndaşlar!
Ölkəmizin ictimaiyyətini və məni narahat edən bir hadisə ilə əlaqədar öz münasibətimi bildirmək istəyirəm. Bir neçə gün bun­dan öncə “Etimad” qəzetində Azərbaycanın dini rəhbəri, Qafqaz Müsəlmanlarının Şeyxülislamı Allahşükür Paşazadənin ünvanı­na təhqirli yazılar yazılıbdır. Biz bu yazılarla əlaqədar ölkəmizin ictimaiyyətinin müxtəlif təbəqələrinə mənsub olan şəxslərdən yüzlərlə məktublar almışıq. Bütün məktublarda insanlar belə bir hadisə ilə əlaqədar öz hiddətlərini bildirirlər və mənə, Azərbay­can Prezidentinə müraciət edirlər ki, Azərbaycanın dini rəhbəri Şeyxülislamı təhqir edən qəzet cəzalansın. Mən bütün bu fikir­lərlə razıyam.
Azərbaycanda söz azadlığı, mətbuat azadlığı demokratiyanın əsas prinsiplərindən biri olaraq, tam bərqərar olunubdur. An­caq təəssüflər olsun ki, bəzi qəzetlər, ayrı-ayrı şəxslərə mənsub olan qəzetlər, yaxud müstəqil qəzetlər, müxtəlif partiyalara mən­sub olan qəzetlər Azərbaycanın Konstitusiyasının, Azərbaycanın qanunlarının mətbuat azadlığı, söz azadlığı haqqında yaratdığı şəraitdən sui-istifadə edirlər. Biz qəzetlərdə çox tez-tez ayrı-ayrı insanların təhqir olunması, onların haqqında böhtanlar, yalanlar yazılmasının şahidiyik. Mənim özümü də, Azərbaycan Preziden­tini də bəzi hallarda təhqir edirlər, mənə böhtanlar atırlar. Mənim haqqımda müxtəlif uydurmalar yayırlar. Ancaq mən bunlara dö­zürəm. Dözürəm ona görə yox ki, mən bunlara qarşı qanun çər­çivəsində tədbir görə bilmərəm. Ona görə ki, mən belə yazıların müəlliflərinin hərəkətlərini Azərbaycanın mənəviyyatına, Azər­baycanın dövlətçiliyinə zidd hərəkətlər kimi qəbul edirəm.
Azərbaycan Prezidenti Azərbaycan dövlətinin simvoludur. Azərbaycanın dini rəhbəri bizim müsəlman dinimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil edən ən yüksək vəzifəli şəxsdir. Əgər Azərbaycanın dini rəhbəri bütün Qafqaz müsəlmanlarının Şeyxülislamı adını alıbsa, demək, bu bizim üçün böyük iftixar hissidir. Məlumdur ki, cənab Allahşükür Paşaza­də tutduğu bu vəzifədə 20 ildən artıqdır xalqa sədaqətlə xidmət edir, Azərbaycanın xarici siyasətində özünəməxsus imkanlardan istifadə edərək iştirak edir və Azərbaycanın dövlətçiliyinə xid­mət edir. Onun haqqında bu cür əxlaqsız, mənəviyyatsız sözlə­rin yazılması bunun müəlliflərinin və o qəzetin nə qədər düzgün vəziyyətdə olduğunu nümayiş etdirir.
Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyər­ləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərləri­mizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz il­lərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Əgər insan mənsub olduğu millətin milli-mənə­vi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edir­sə, əgər vəziyyət o dərəcəyə çatırsa ki, hətta Azərbaycanın dini rəhbəri təhqir olunur, onda, təbiidir ki, bu bizi narahat etməli­dir. Mən bunu nə üçün deyirəm? Çünki bu, indi Şeyxülislama yönəldilmiş bir təhqirdir. Amma ümumiyyətlə, təhqir, yalan, böhtan bizim bir çox mətbuat orqanlarında adi hala çevrilibdir. Nə məqsəd daşıyırlar? Ölkədə, insanlarda müxtəlif fikir formalaşdırmaq. Buna nail ola bilməyəcəklər!..
 
Ulu Öndər Heydər Əliyevin bəyanatından
13 avqust 2001-ci il
 
 
 
Müqəddəs dinimiz olan İslamın gözəl ənənələrinin ölkəmizdə, eləcə də bütün Qafqaz bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində Şeyxülislam Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır.
Onun Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyi illər ərzində bu dini qurum İslam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında fəallığının artırılması işində böyük rol oynayan mühüm mərkəzlərdən birinə çevrilmişdir. Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində Hacı Allahşükür Paşazadənin tutduğu əsl vətəndaş mövqeyi onun ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində dini amilin gücündən düzgün istifadə etmək bacarığını nümayiş etdirdi.
 
Ulu Öndər Heydər ƏLİYEV 

Oxunub : 2434