Ravil Qaynutdin cavab məktubu göndərib

 
14.10.2020 
Rusiya Federasiyası müsəlmanları Ruhani İdarəsinin sədri, Rusiya Müftilər Şurasının sədri, müfti Ravil Qaynutdin QMİ sədrinə cavab məktubu ünvanlayıb. Müfti Qaynutdin, özünə böyük qardaş bilən Şeyxülislam Allahşükür Paşazadəni səmimi salamlayaraq, hal-hazırda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və ətrafında baş verən son hadisələrə öz münasibətini bildirərək demişdir:
“10 oktyabr 2020-ci il tarixdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqlar nəticəsində atəşkəs elan olunduqdan dərhal sonra bizim Ruhani İdarəmiz bəyanatla çıxış etmişdir. Bəyanatda biz hər iki tərəfi yeni qurbanların olmaması naminə əllərindən gələni etməyə çağırdıq. Ürəkdən təəssüflənirik ki, bu proses pozuldu və yenidən dinc sakinlər, qadınlar, uşaqlar həlak oldu.
Biz həmçinin Dağlıq Qarabağdakı münaqişənin müsəlmanlar və xristianlar arasındakı münaqişə kimi qələmə vermək məqsədini güdən, nalayiq iftiralardan olduqca narahatıq. Bununla əlaqədar birmənalı olaraq bəyan edirik ki, Dağlıq Qarabağ münaqişəsi öz mahiyyətinə görə dinlər arasında aparılan münaqişə deyil, və biz məsələyə dinlərarası don geyindirmə cəhdlərini son dərəcə təhlükəli hesab edirik!”
Sonda müfti Qaynutdin qardaş Azərbaycan xalqına, dinindən, milliyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına sülh və əminamanlıq arzulayıb. 
 
Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2062