Şeyxülislam Türkmənistan prezidentini təbrik etdi

29.06.2020
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovu ad günü münasibətilə təbrik edib. Azərbaycan və Türkmənistan xalqları arasındakı tarixən mövcud olan və müqəddəs İslam dininə söykənən mənəvi əlaqələrin bundan sonra da qorunub saxlanılması uğrunda göstərilən səylərə öz dəstəyini bildirən Şeyxülislam həzrətləri MDB Dinlərarası Şuranın həmsədri, MDB müsəlmanları Məşvərət Şurasının sədri olaraq Türkmənistan liderini öz adından və MDB məkanının bütün müsəlmanları adından təbrik edib, ona uzun ömür və uğurlar diləyib.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 935