Özbəkistan prezidentindən QMİ sədrinə Novruz təbriki

 
09.03.2020
Qeyri-rəsmi tərcümə
 
Özbəkistan Respublikasının
PREZİDENTİ
_____________________________________________________
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə Həzrətlərinə
 
Əssəlamu əleyküm və rəhmətullahi və bərəkatuhu,
Möhtərəm Şeyxülislam Həzrətləri,
Oyanış, yenilik və paklıq rəmzi olan mübarək Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə səmimi diləklərimi yetirirəm.
Birgə zəngin mədəni və mədəni irsimizin ayrılmaz parçası olan və əsrlərdən bəri qeyd olunan bu mübarək bayram qarşılıqlı ehtiram, hikmət və həmrəyliyi tərənnüm edir.
Dinləri, dilləri birləşdirən, ümumbəşəri həmrəyliyə, firavanlığa, yaradıcılığa, şükr etməyə çağıran Novruz bayramı qardaş xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə bundan sonra da xidmət edəcəkdir.
Sizinlə aramızda uzun illərdən bəri bərqərar olmuş böyük hörmət və mehribançılıq əlaqələrini əlahiddə təqdir edərək, bu mübarək günlərdə Qadir Allahdan Sizə uzun ömür, can sağlığı, müsəlman ümmətinin birliyi naminə savab əməllərinizdə Sizi müvəffəq etməsini diləyirəm.
Dərin hörmətlə,
Şavkat Mirziyoyev
 
Daşkənd şəhəri,
19 mart 2020-ci il
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 447