Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

13.10.2026
Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır. Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi, işğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası, dindarlara maddi-mənəvi yardımların göstərilməsi ölkəmizin İslam dininə olan yanaşmasının göstəricisidir.
 
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində söyləyib.
 
“Şuşada Zəfər Günü ilə bağlı gözəl məscid tikilir, bu da dinə olan münasibətdir”, - deyə o əlavə edib.

Oxunub : 331