Kardinal Bakıdakı Katolik kilsəsində ayin icra etdi

16.06.2026
Müqəddəs Taxt-Tacın Dinlərarası dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Kuvakad Azərbaycanda rəsmi səfərdədir.
Bugün kardinal Kuvakad həzrətləri Bakının Müqəddəs Məryəm kilsəsində Müqəddəs Messaya başçılıq edib.
Kardinal həzrətlərini Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete ölkə katolikləri adından salamlayıb, kardinal həzrətlərini Azərbaycanda qəbul etməkdən böyük məmnunluğunu bildirib.
 
 

Oxunub : 319