Şeyxülislam həzrətlərindən Türkiyənin Diyanət İşləri Başkanına başsağlığı məktubu

16.04.2026
Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı
möhtərəm Prof. Dr. Safi ARPAQUŞ həzrətlərinə
 
Hörmətli cənab Başkan,  əziz qardaşım!
           Son günlərdə Şanlıurfa və Kahramanmaraşda müəllim və şagirdlərə qarşı törədilmiş qətl hadisəsi  bütövlükdə Azərbaycan xalqının və şəxsən mənim kədərimə səbəb oldu. Ümid edirəm ki, qardaş Türkiyədə mövcud olan əmin-amanlığa xələl gətirən bu kimi hadisələr bir daha təkrarlanmayacaq.
           Kədərinizi sizinlə bölüşür, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına öz adımdan, Qafqaz  və  Azərbaycan müsəlmanları adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara Allahdan şəfalar diləyirəm. 
Allah yardımçınız olsun!
 
Dərin hörmətlə                                                          Şeyxülislam
                                                                              Prof.dr.Allahşükür PAŞAZADƏ 
 
 

Oxunub : 569