Dini Konfessiyaların Məşvərət Şurasının toplantısı keçirilib

07.08.2025
         Avqustun 7-də Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə Azərbaycan Dini Konfessiyaların Məşvərət Şurasının növbəti iclası keçirilib.
         Yığıncaqda 27 Sentyabr-Anım Gününün beşinci ildönümü ilə bağlı konfessiyaların həyata keçirəcəyi tədbirlər müzakirə olunub. Ölkəmizdəki müsəlman, pravoslav, katolik, yəhudi dini icmalarının rəhbərləri məsələ ətrafında geniş fikir mübadiləsi aparıb, təkliflərini səsləndiriblər.
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 654