25 İYUN 2025
Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Direktorlar Şurasının iclası keçirilib

05.06.2025
İyunun 5-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi
(KAICIID) Direktorlar Şurasının video-konfrans formatında iclası keçirilib.
KAICIID Direktorlar Şurasının sədri Mitropolit Emmanuelin moderatorluğu ilə keçirilən toplantıda qurumun fəaliyyət istiqamətləri, görəcəyi işlər müzakirə olunub. Direktorlar Şurasının sədri dünya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib. Qurumun Baş katib əvəzi Antonio de Almedia Ribeiro ötən dövr ərzində həyata keçirilən tədbirlər barədə danışıb, yeni layihələr barədə məlumat verib.
Direktorlar Şurasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iclasın İslam aləminin müqəddəs Qurban bayramı ərəfəsində keçirildiyini diqqətə çatdırıb, toplantının KAICIID-in fəaliyyətinin güclənməsinə vəsilə olacağına inandığını deyib. Direktorlar Şurasının yeni seçilən üzvlərini təbrik edərək, öz xeyir-dualarını verib.
Sonra Direktorlar Şurasının sədrinin seçilməsi müzakirə olunub. Şeyxülislam Allahşükür Paşazadənin təklifi ilə Mitropolit Emmanuel yenidən KAICIID Direktorlar Şurasının sədri vəzifəsinə seçilib.
Mitropolit Emmanuel göstərilən etimada görə təşəkkürlərini bildirib.
İclasın yekununda qurumun yeni iş planı müzakirə olunub.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 639