Şavkat Mirziyoyev Allahşükür Paşazadə həzrətlərini müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi

Bismillahir Rəhmanir Rəhim
Qafqaz Müsəlmanları İdarəsinin Rəisi Şeyxülislam Allahşükür Paşazadə Həzrətlərinə Əssalamu əleykum və rahmətullahi və bərakatuhu.
Hörmətli Şeyxülislam Həzrətləri! Bütün ümmətimiz üçün mərhəmət, səxavət və xeyirxahlıq bayramı olan – Qurban bayramı münasibətilə Sizi, Şeyxülislam Həzrətlərini ürəkdən və səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı ifadə etməkdən məmnunluq duyuram. İslam aləmində böyük nüfuz və hörmət sahibi olan bir müdrik alim kimi Sizin Özbəkistan və Azərbaycan xalqları arasında qardaşlıq tellərinin möhkəmlənməsi yolunda göstərdiyiniz böyük şəxsi xidmətlərinizi yüksək qiymətləndirir, iki dövlətin müsəlmanları arasında həmrəylik və birlik ruhunun möhkəmlənməsinə verdiyiniz dəyərli töhfələri dərin ehtiramla qeyd edirik. Bu mübarək və əzəmətli bayram günlərində Uca Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı və son dərəcə şərəfli fəaliyyətinizdə böyük uğurlar diləyir, həyata keçirdiyiniz bütün xeyirli əməllərinizin savabının artmasını arzulayıram.
Səmimi hörmətlə,
                       
Şavkat Mirziyoyev
2025-ci il 5 iyun Daşkənd şəhəri
 

Oxunub : 534