Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən Şeyxüislam həzrətlərinə Novruz bayramı təbriki

19.03.2025
 
Qafqaz Müsəlmanları İdarəsinin Rəisi Şeyxülislam Allahşükür Paşazadə Həzrətlərinə Əssalamu əleykum və rahmətullahi və bərakatuhu, Hörmətli Şeyxülislam Həzrətləri! Baharın oyanışı, gözəllik və yenilənmənin rəmzi olan Novruz bayramının gəlişi münasibətilə Sizi səmimi qəlbdən təbrik etmək mənə böyük məmnunluq bəxş edir. Novruzun bənzərsiz dəyərləri olan sülh və həmrəylik, təbiətə sevgi, səxavət və yardımlaşma kimi ali və xeyirxah keyfiyyətlər qardaş xalqlarımızın ümumi həyat tərzinə çevrilmişdir. Mənəvi və mədəni dünyamızın ayrılmaz hissəsi sayılan bu mübarək və əbədi bayramın bütün millətləri qarşılıqlı dostluğa, birlik və tolerantlığa səsləməsi, ümumbəşəri ideyaları bütün dünyada geniş təbliğ etməsi onu daha da dəyərli edir. Müqəddəs Ramazan ayının nurlu günlərinə təsadüf edən, qəlblərimizi sonsuz sevinc və fərəhlə dolduran bu möhtəşəm anlarda Uca Tanrıdan Sizin – Şeyxülislam Həzrətlərinin möhkəm cansağlığına, ailə rifahına və İslam dininin çiçəklənməsi yolunda gördüyünüz bütün xeyirxah və nəcib əməllərinizin bərəkətli olmasına dua edirəm.
 
Səmimi ehtiramla, 2025-ci il 21 mart Daşkənd şəhəri
                                                                                         Şavkat Mirziyoyev
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 314