Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları  “Tolerantlıq evi”ndə

 
 
 
10.03.2025
         “Müxtəliflik və Bərabərlik: İnklüziv gələcəyin qurulması” mövzusuna həsr olunan XVI Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin  “Tolerantlıq evi”ni ziyarət ediblər.
         QMİ sədrinin müavini Fuad Nurullayev dünyanın müxtəlif ölkələrini təmsil edən qonaqlara Şeyxülislam Allahşükür Paşazadənin salam-dualarını çatdırıb, Azərbaycandakı multikultural mühit barədə məlumat verib.
         XVI Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları dünyada analoqu olmayan “Tolerantlıq evi”ndə sərgilənən eksponatlarla tanış olublar.
 
 
         *Məlumatlardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 149