Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri görüş  

27.02.2025

        
 
Fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Beynəlxalq Dini Azadlıq Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
         Komissiyanın sədri Stiven Şnek, komissiyaya ABŞ prezidenti tərəfindən üzv təyin edilən Mohamed Elsanusi, komissar Viki Hartzler, araşdırma və siyasət üzrə direktor Qillermo Kantor və siyasi təhlilçi Dilan Şeksnayderdən ibarət  nümayəndə heyətini qəbul edən QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev onlara İdarənin sədri, Şeyxülislam Allahşükür Paşazadənin salamlarını çatdırıb. Müfti dini mərkəzin fəaliyyət istiqamətləri, ölkədəki din-dövlət münasibətləri barədə  məlumat verib.  
         Beynəlxalq Dini Azadlıq Komissiyasının sədri Stiven Şnek bildirib ki, ABŞ Dövlət Departamentinin komissiyası fəaliyyətini beynəlxalq qanunlar əsasında qurur və dünyada dini azadlığın vəziyyətini araşdırır. Azərbaycana səfərlərinin məqsədi ölkəmizdə bu sahədə durumla yerində tanış olmaqdır.
          Müfti Salman Musayev təəssüflə bildirib ki, Beynəlxalq Dini Azadıq Komissiyası kimi bir təşkilat mütəmadi olaraq hesabatlarında Azərbaycandakı dini mühitlə bağlı qeyri-dəqiq və qərəzli fikirlərə yer verir, bu da sənədin obyektivliyini şübhə altına alır.  
Müfti Salman Musayev qeyd edib ki,  Azərbaycanla bağlı hesabatlarda obyektivliyi təmin etmək üçün QMİ Beynəlxalq Dini Azadlıq Komissiyası ilə əməkdaşlığa hər zaman açıqdır.      
         Görüşdə müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.         
Komissiyanın sədri Stiven Şnek xoş qarşılanmaya və faydalı müzakirələrə görə təşəkkürünü bildirib.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 521