QMİ nəzdində Tolerantlıq Evinə media-tur

 
Dünyanın ilk Tolerantlıq evi: Kəbənin örtüyü Azərbaycandadır - FOTOLAR - VİDEO
Mərhəmət, sevgi və əxlaq dini olan İslamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir.
Müxtəlif dinlərin, millətlərin nümayəndələrinə qarşı dövlət qayğısı Azərbaycan tarixinin bütün dönəmlərində mövcud olub və ölkəmiz müxtəlif etnik və dini qrupların sülh şəraitində yaşadığı bir məkandır.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanda insanlar hansı etnik mənsubiyyətə, hansı dinə, hansı baxışlara sahib olmalarından aslı olmayaraq rahat və azad şəkildə yaşaya bilir.
Bakıvaxtı.az-ın əməkdaşlarıötən il noyabrın 16-da Beynəlxalq Tolerantlıq Günü münasibətilə Bakıda açılışı olan Tolerantlıq evində olub.
İçərişəhərdə yerləşən bu bina Azərbaycanın tolerantlıq tarixini əks etdirən nümunələrlə zəngindir.
Tolerantlıq evində 3 ənənəvi dinin atributları, müqəddəs dini kitablar, etnoqrafik eksponatlar, dini liderlərə aid təltiflər, şəxsi hədiyyələr, dövlət mükafatları, xarici dövlətlərdən hədiyyə olunmuş əşyalar nümayiş etdirilir. Ən dəyərli eksponant isə Məkkədən Azərbaycana hədiyyə edilən Kəbə evinin örtüyüdür. Həmçinin bu evdə yaxın zamanlarda bütün dinlərə aid kitabların olduğu kitabxana açılacaq.
Ziddiyətlərin bol olduğu, dini müstəvidə böhranlar yaşanan dünyada belə bir məkanın Azərbaycanda yaranması əslində məntiqi bir haldır. Çünki tolerantlıq ölkəmizdə təkcə dövlət siyasəti yox, həm də həyat tərzidir. Bu həyat tərzi əsrlərlə özünü təsdiq etmiş, oturuşmuş bir modeldir. Bu baxımdan Tolerantlıq evinin yaranması üçün ən uyğun məkan elə Azərbaycan idi ki, bunu da Qafqaz Müsəlmanları İdarəsi reallaşdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Bakıvaxtı.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan reallıqlarını gözəl bilən bir din xadimidir və o, Tolerantlıq evi ideyasının yaradıcılarından biridir:
"Lakin çoxları bilmir ki, bu ideyalarla vaxtilə Mehriban xanım Əliyeva çıxış edib. Mehriban xanım Azərbaycanın multikultural modelini dünyaya təqdim edib. Bu ideyanın reallaşması üçün maddi və mənəvi köməyini əsirgəməyib".
Müsahibimiz nəzərə çatdırıb ki, dini lider olaraq Şeyxülislam öz şəxsi kolleksiyasındakı bütün mükafatlarını, ayrı-ayrı şəxsiyyətlərin idarəyə olan hədiyyələri, müxtəlif tədbirlərdə iştirakını simvolizə edən müəyyən simvolları Tolerantlıq evində sərgilənməsi üçün buraya verib:
"Ən dəyərlilərindən tutmuş ən xırdalarına qədər hamısı tarixi eksponat rolunu oynayır. Bunlar dövlətimizin tolerantlıq siyasətinin bilavasitə göstəricisi olan eksponatlara çevrilib. Muzey xarakteri daşıyan Tolerantlıq evinin mahiyyəti bundadır".
Qeyd edək ki, Tolerantlıq evinin geniş ziyarətçi kütləsi üçün fevralın ortasından etibarən açılması planlaşdırılır.
Mina Mikayılova
Foto: Fatimə Əşrəfli

 
Oxucularımızı maraqlı və zəngin məlumatlarla dolu bir məkana səyahətə aparmaq qərarına gəldik.
Yolumuz, ötən ilin noyabr ayında Bakıda, İçərişəhər “Cümə” məscidinin yaxınlığında açılan Toleranlıq Evinədir.
TNS-in əməkdaşları İçərişəhərin doğmalığına bir az da istilik qatan unikal Evdən reportaj hazırlayıb.
Bura doğrudan da bir Evdir...
Bir müddətdir ki, görmək istədiyimiz, qismət bu günə imiş, dediyimiz Tolerantlıq Evinin binası qarşısındayıq.
Açılışı ötən il noyabrın 16-da, məhz Beynəlxalq Tolerantlıq Günü baş tutan binanın girişi sadə və bir o qədər gözəldir. Bayır qapısının üzərində üç səmavi dinin - islam, xristian və yəhudiliyin simvolları diqqəti çəkir.
Məkanın foyesinə daxil oluruq. İşığı və hüzuru ilə insanda müsbət aura yaradan Tolerantlıq Evində 3 ənənəvi dinin atributları, müqəddəs dini kitablar, etnoqrafik eksponatlar, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların dini liderlərinə aid mükafatlar, şəxsi hədiyyələr, dövlət mükafatları, xarici dövlətlərdən hədiyyə olunmuş əşyalar toplanıb.
Əvvəlcə elə bu məqamdan başlayırıq.
Tolerantlıq Evinin direktor müavini Ülkər Əliyeva bir-birindən maraqlı eksponatlar haqqında məlumat verir. Qədim Alban dövlətinə aid yazı nümunələrinə yaxınlaşırıq. Ülkər xanım deyir ki, Azərbaycanda Alban əlifbası ilə yazılmış yazılar 1948-1952-ci illərdə Mingəçevirdə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilib.
Bundan bir müddət sonra-1975-ci ildə Sinay dağında məbəddə Sinay-Alban palimpsestləri tapılır. Məlum olur ki, bunlar Azərbaycanda olan qədim Alban dövlətinin yazıları ilə eynidir. Burada olan 2008-ci ildə çap olunan həmin nümunələrdəndir.
Tolerantlıq Evinin ən gözəl eksponatlarından biri Kəbə örtüyüdür.
Kəbə örtüyü hər il Qurban bayramında dəyişildiyi üçün əvvəlki örtük hədiyyə kimi görkəmli şəxslərə təqdim olunur. Səudiyyə Ərəbistanı kralı tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə hədiyyə olunmuş Kəbə örtüyü Tolerantlıq Evinə təqdim olunub. Bura gələcək ziyarətçilər qızıl və gümüş saplarla işlənmiş Kəbə örtüyünün gözəlliyi ilə daha yaxından tanış ola biləcəklər.
Tolerantlıq Evində Quranın qədim nüsxələri, Tövrat və Bibliya kimi müqəddəs kitablar nümayiş olunur. Burada yalnız üç səmavi dinin deyil, digər dinlərə aid nümunələr var.
1836-cı ildə Alban kilsəsinin ləğvi və Xristian kilsəsinə birləşdirilməsindən sonra Alban xristianlar erməni kilsəsinə getmək istəmir. İbadətlərini evdə edirlər. O zamandan sonra evlərində ikonaları qoruyub saxlayırlar. Bu gün həmin ikonalardan Tolerantlıq Evinə hədiyyə olunanlar var. Bir sözlə, məkanı görmək istəyən insanlar burada müxtəlif dinlərin müqəddəs kitablarını, dini simvol və atributlarını birlikdə görə, tarixləri ilə yaxından tanış ola biləcəklər.
Dözüm, yoxsa daxildən gələn mərhəmət və anlayış?
Azərbaycan adlı bu məmləkətdə yaşayanlar-xalqımız tarix boyu evinə gələnlərə qarşı qonaqpərvər və mərhəmət hissi ilə yanaşıb. Hörmət edib, sevib “Allah qonağının gözümüz üstündə yeri var, deyib”.
İllərin sınağı göstərib ki, xalqımızın bu qonaqpərvərliyindən sui-istifadə edənlər, xəyanət edənlər də olub. Və onlar da cəzasını alıb.  Ümumillikdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh və qarşılıqlı anlayış şəraitində yaşayıblar. Bu gün tolerantlıq kimi ifadə olunan termin bizim üçün yad deyil. Biz dözümlülük nümayiş etdirdiyimiz üçün yox, insanlara sevgi ilə yanaşdığımız üçün onları qəbul etmişik.
Eyni zamanda, İslam dinində də tolerantlıq dinin əsas qayəsi kimi qəbul edilir. Quranda Uca Allah buyurur: “Sizin dininiz sizə, mənim dinim mənə aiddir” (“Kafirun” surəsi, 6). Bu ayədən insanların müxtəlif inamda və fikirdə ola biləcəyi və həmin insanlara qarşı münasibətin necə formalaşacağı aydın görünür. Hətta başqa bir ayədə qarşı tərəfin “Tanrı” olaraq qəbul etdiyi, tanrılaşdırdıqlarına qarşı necə davranılmalı olduğu əmr edilir: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa, onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər...” (“Ənam” surəsi, 108).
Ayədən də aydın olur ki, insanlar müxtəlif inamda, əqidədə, düşüncədə, dünyagörüşündə ola bilərlər.
İslama görə tolerantlıq müxtəlif dini görüşlü insanlar arasında bir körpüdür. Allah belə buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...” (“Hucurat” surəsi, 13). İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası isə tolerantlıqdan keçir.
Və bu gün Tolerantlıq Evi kimi ərsəyə gələn və dünyada bənzəri olmayan bu nümunə bir daha sübut edir ki, Azərbaycanda bütün dinlərin nümayəndələrinin azad, bir-biri ilə mehriban, doğma şəkildə yaşaması barədə səsləndirilən fikirlər yalnız sözdə deyil.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyir ki, Tolerantlıq Evinin yaradılması ideyası Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva məxsusdur.
Azərbaycanın multikultural, tolerant modelinin əyani bir vasitəsi  kimi gündəmə gələn bu ideya Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rellaşdırılıb: “Ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycanın multikultural modelini hər zaman dünyada təqdim edir. Tolerantlıq Evinin yaradılması ilə bağlı çıxış edən Mehriban xanım Əliyeva bu ideyanın reallşaması üçün maddi və mənəvi dəstəyini əsirgəməyib. Dini və etnik müstəvidə problemlərin yaşandığı dünyada bu cür məkanın məhz Azərbaycanda yaranması ölkəmizdə bu sahədə olan ab-havanın məntiqli nəticəsidir. Tolerantlıq bizdə yalnız dövlət siyasəti yox, həm də həyat tərzidir”.
O bildirib ki, məkanın Tolerantlıq Evi adını alması təsadüfi deyil. Belə ki, insanlar burada özlərini doğma evlərində olduğu kimi hiss edirlər: “İnsanlar doğma evlərində ailə üzvlərinə qarşı anlayış, qarşlıqlı sevgi ilə yanaşırlar. Tolerantlıq Evində yaradılan ab-hava Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndlərinin qarşılıqlı münasibətinin real təzahürünü ehtiva edir”.
Rəhimə Dadaşova Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin Tolerantlıq Evinin açılış mərasimində söylədiyi sözləri xatırlatdı: “Şeyxülislam Azərbaycanda olan tolerantlıq ənənələrinin dünyaya nümunə olduğu kimi, Tolerantlıq Evinin də bir nümunə olduğunu bildirdi. O vurğuladı ki, dünyada, bəlkə də, bunun analoqu yoxdur. O, Tolerantlıq Evinin bütün dünyaya bir işıq saçdığını, dünyanın belə bir məkanın dəyərini gələcəkdə daha yaxşı anlayacağını vuruladı".
Yeri gəlmişkən, bir məqamı vurğulayım ki, Azərbaycanda rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallaqer məkanın rəsmi qonağı olarakən, belə bir məkanın heç yerdə, hətta onlarda belə olmadığını deyib.
Yəni, ayrı-ayrı dinlərin tarixini əks etdirən çox gözəl yerlər ola bilər. Amma ənənəvi dinlərin tarixini birlikdə əks etdirən dəlillərin, müqəddəs kitabların eyni məkanda olması nadir haldır. Tolerantlıq Evinin dəyəri də daha çox bundadır.
Onu da xatırladım ki, hazırda Tolerantlıq Evinə eksponatların qəbulu davam edir. Ölkəmizdə olan bütün dini konfessiyaların nümayəndələri bu prosesə öz töhfələrini verirlər.
Tolerantlıq Evinin nadir nüsxələrlə zəngin kitabxanası da var.
Və nəhayət Tolerantlıq Evi yaxın vaxtlarda qapılarını ziyarətçilər üçün açacaq.
Tolerantlıq Evinin direktor müavini Ülkər Əliyeva deyir ki, məkan fevralın ortalarında açılacaq: “Hazırda Tolerantlıq Evinə ziyarətçilərin hansı formada gələcəyi ilə bağlı qaydalar hazırlanır. Bilet satışı həyata keçiriləcək. Yəqin ki, artıq fevral ayının ortalarından məkan ziyarətçilər üçün açıq olacaq”.
Beləcə, müxtəlif dini görüşlü insanlar bu Evdə dinlərin tarixi, atributları ilə yaxından tanış olacaq, bir-birilərini daha çox tanımaq fürsəti ələ edəcəklər.
Bu hüzur yaradan məkandan dilimizdə bir dua ilə ayrılırıq. İnsanlara bir-birilərinə qarşı səbirli və anlayışlı olmağı buyuran Uca Allah, ölkəmizi və xalqımızı pis niyyətlilərdən qorusun.  
1-1 1-3 1 11 13 16 17 19 2 20 21 3 4 5 6 8 8cebd277-9b59-4eba-a73d-ddd98895ab8f 9 tol
Aygün İbrahimli
Foto: Seymur İsmayılov
 

 

Dünyanın ilk Tolerantlıq evi Bakıdadır - İçərişəhərdəki unikal məkandan FOTOLAR

 

Müasir dünyada qloballaşma, informasiya axınının artması və müxtəlif mədəniyyətlərin bir araya gəlməsi tolerantlığa olan ehtiyacı hər keçən gün daha da artırır. Lakin buna baxmayaraq, bir çox cəmiyyətlərdə və dövlətlərdə tolerantlıq problemi hələ də mövcuddur və getdikcə daha da böyüyür. Bu problemlər müxtəlif formalarda özünü göstərir ki, bunlardan da ən başlıcası dini ayrı-seçkilik müstəvisindədir. Dini ayrı-seçkilik müxtəlif dinlərə mənsub insanların hüquqlarının pozulması, dini dözümsüzlük və radikalizm kimi problemləri özündə ehtiva edir.
Hazırda dünyada müxtəlif dinlərə mənsub insanlar bir yerdə yaşayır, işləyir və sosial münasibətlər qururlar. Bu baxımdan tolerantlıq dinlərarası münaqişələrin və gərginliklərin qarşısını alır, hər bir fərdin dini inanc seçmək azadlığına hörmət edir, fərqli dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı gücləndirir, cəmiyyətdə dini nifrət və ayrı-seçkiliyin yayılmasına mane olur.
Dini tolerantlığın çatışmazlığı cəmiyyətdə ciddi problemlərə səbəb ola bilər, məsələn, fərqli dinlərə mənsub şəxslərə qarşı ayrı-seçkilik edilməsi, din adı altında nifrət və zorakılığın yayılması, müxtəlif dinlər arasında gərginlik və qarşıdurmaların yaranması, insanların öz dini inanclarını sərbəst ifadə edə bilməməsi və s.
Dini tolerantlığın təmin olunması üçün başlıca məsələlərdən biri də maarifləndirmə və təhsil, tolerantlığı dövlət siyasətinin bir parçası halına gətirmək, dinlərarası dialoq vasitəsilə fərqli dini icmalar arasında sülh və əməkdaşlığı təşviq etməkdir.
Bu müstəvidə Azərbaycanda görülən işlər ölkədə fərqli dinə mənsub insanların rahat şəkildə yaşamasına çox ciddi təsir edir. Belə ki, tolerantlıq dövlət siyasəti səviyyəsinə gələrək, 2016-cı il ölkədə "Multikultralizm ili", 2017-ci il isə "İslam həmrəyliyi ili" elan olunub.
Ölkənin daxili və xarici siyasətinin əsasına çevrilən tolerantlığın daha da təbliğ edilməsi üçün 16 noyabr 2024-cü ildə İçərişəhərdə dünyada ilk olaraq Bakıda Qafqaz Musəlmanları İdarəsinin (QMİ) nəznində Tolerantlıq evi açılıb. Bu evin məqsədi üç səmavi dinin – islam, xristianlıq və musəvilik haqqında daha geniş məlumatın yerli və xarici turistlərə çatdırılmasıdır. Muzeydə 100-dən artıq eksponat saxlanılır, bura hər üç səmavi dinin kitabları, din xadimlərinin geyimləri, simvolları, eyni zamanda dinlərin təbliğ etdiyi mövzuları özündə birləşdirən əl işləri, həmçinin bütün Qafqazın şeyxi, Azərbaycanın dini lideri Allahşükür Paşazadənin göstərdiyi fəaliyyətlərə görə ona təqdim edilən orden və medallar da eksponatlar siyahısındadır. Tolerantlıq evinin ən dəyərli eksponatlarından biri isə Məkkədən Azərbaycana hədiyyə edilən Kəbə evinin örtüyüdür. Onu da qeyd edək ki, yaxın zamanlarda Tolerantlıq evində kitabxana da yaradılacaq ki, ondan hər kəs istifadə edə biləcək.
1413888
1413889
1413890
1413891
1413892
1413893
1413894
 
1413896
 
1413897
1413898
1413899
1413901
1413902
1413903
1413904
1413905
 
1413908
1413910
 

Oxunub : 498