QMİ-nin təmsilçisi Beynəlxalq Amman Missiyasında iştirak edib

02.10.2024
 
 
         İordaniya Haşimilər Krallığının paytaxtı Amman şəhərində 45-ci Beynəlxalq Amman Missiyasının elmi sessiyası keçirilib. Kral II Abdulla İnstitutunda reallaşan tədbiri İordaniyanın Vəqflər, İslam məsələləri və müqəddəs ziyarətgahlar Nazirliyi təşkil edib.
         Qafqaz Müsəlmanları İdarəsi də həmin toplantıda təmsil olunub. QMİ-ni 45-ci Beynəlxalq Amman Missiyasında Bakıdakı Qaraçuxur məscidinin imamı Gündüz Süleymanov təmsil edib.
         Gündüz Süleymanov bildirib ki, sessiyada dini kadrların hazırlanması ilə bağlı məsələlər müzakirə edilib, kurslarda fərqlənən müdavimlərə sertifikatlar təqdim olunub. İordaniya Haşimilər Krallığının Vəqflər, İslam məsələləri və müqəddəs ziyarətgahlar Nazirliyinin rəsmiləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin böyük nüfuza və ehtirama malik olduğunu qeyd edib, Şeyxülislam həzrətlərinə salam-dualarını çatdırmağı xahiş ediblər.
 
Materriallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 

Oxunub : 466