Şeyxülislam: Builki Məhərrəm ayı xüsusi əhəmiyyət daşıyır

16.07.2024
 
Builki Məhərrəm ayı xüsusi əhəmiyyət daşıyır. Suverenliyimiz tam bərpa olandan sonra birinci dəfədir ki, biz aşura mərasimi, həmçinin qanvermə aksiyası keçiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadə söyləyib.
Aşuranın əhəmiyyətini diqqətə çatdıran şeyxülislam qeyd edib ki, Azərbaycan xalqı bu tarixi hadisədən dərs almalıdır. “Biz İmam Hüseyn məktəbindən dərs almalı, öz torpağımız, Vətənimiz yolunda can verməyə, qan tökməyə hazır olmalıyıq. Allah bizə elə bil xasiyyət verib ki, biz hər zaman bu kimi məsələlərdə Liderimizin başçılığı ilə bir olmağı bacarırıq”, - deyə QMİ sədri vurğulayıb.

Oxunub : 8779