11 DEKABR 2024
Qafqaz Müsəlmanları İdarəsinin sədri Dağıstandakı terror aktları ilə bağlı başsağlığı məktubları göndərib
26.06.2024
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə son günlər Rusiya Federasiyasının Dağıstan Respublikasında çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktlarına görə başsağlığı verib.
Dağıstan Respublikasının rəhbəri Sergey Melikova və respublikanın Müftisi Əhməd Abdullayevə ünvanlanan məktublarda terror aktları qətiyyətlə pislənilib, son hadisələr zamanı həlak olan insanlara Allahdan rəhmət dilənib, doğmalarına başsağlığı verilib, yaralılara şəfa arzulanıb.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 5974