Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAlCIID) Qlobal Forumu keçirilib

                   15.05.2024
 
         Mayın 15-də Portuqaliyanın Lissabon şəhərində Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Qlobal Forumu öz işinə başlayıb.
         “Transformativ Dialoq: Sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusuna həsr edilmiş toplantıda KAICIID Direktorlar Şurasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.
         Forumun sədri, KAICIID Baş katibi Zuhair Alharthi tədbir iştirakçılarını salamlayıb və toplantının məqsədi barədə danışıb. Avstriya Respublikasının sabiq prezidenti Haynts Fişerin və Fransa Respublikasının keçmiş prezidenti Fransua Ollandın forum iştirakçılarına məktubları oxunub.
         Konstantinopol Ekumenik Patriarxı I Varfolomeyin, İtaliya Respublikasının keçmiş Baş naziri Matteo Renzinin, Lissabon şəhərinin meri Carlos Moedasın, Məkkə məscidinin imamı Saleh bin Abdullah əl-Humeydinin, Misirin Baş müftisi Şövqü Əllam İbrahim Abdel-Kərimin, Polşanın Baş ravvini Mixael Şudriçin, Portuqaliya parlamentinin sabiq sədri Auqusto Santos Silvanın  məruzə və çıxışları dinlənildikdən sonra KAICIID-in fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.
         Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qlobal Forum iştirakçılarına ünvanlanmış məktubunu oxuyub.
         Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edib.
         Şeyxülislam A.Paşazadənin çıxışının mətni ilə saytımızda tanış ola bilərsiniz.      
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 5968