11 DEKABR 2024
Azərbaycan Dini Konfessiyaların Məşvərət Şurasının başsağlığı
26.03.2024
Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri 2024-cü ilin 22 mart tarixində Moskva vilayətində “Krokus” konsert zalında törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda günahsız insanın həlak olması ilə bağlı bütün Rusiya xalqına dərin hüznlə başsağlığı ifadə edirik.
Təmsil etdiyimiz dinlərin Müqəddəs Kitablarında Uca Allahın yaratdığı bir insanın qətli bütün bəşəriyyətin qətl edilməsi kimi sayılır.
Bu qanlı hadisəni qətiyyətlə pisləyir, onu insanlığa qarşı cinayət kimi qiymətləndiririk.
Uca Yaradana dua edirik ki, həlak olanların ailə üzvlərinə və yaxınlarına bu əzabа dözüm gətirməsi üçün səbr, yaralanlara şəfa əta etsin.
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə
Azərbaycandakı Dağ Yəhudiləri icmasının başçısı
Milix Yevdayev
Roma Katolik kilsəsinin Azərbaycan prefekturasının ordinarisi
Yepiskop Vladimir Fekete
Rus Pravoslav kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının katibi
Dionisiy
Bakı Avropa Yəhudiləri icmasının başçısı
Aleksandr Şarovski
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 9797