Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə nazirinin Azərbaycana səfəri başladı

 
26.02.2024
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Töfiq bin Fouzan əl-Rəbian Azərbaycana rəsmi səfərə gəlib.
Fevralın 26-da Heydər Əliyev  Beynəlxalq Hava Limanında qonağın qarşılanma mərasimi olub.
Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Tofiq bin Fouzan əl-Rəbianı səmimi salamlayan Şeyxülislam həzrətləri dəvəti qəbul etdiyinə görə minnətdarlıq edib.
Səudiyyəli nazirin ölkəmizdə rəsmi görüşləri nəzərdə tutulub.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 

Oxunub : 5140