14 YANVAR 2025
Mərakeş Kralından QMİ sədrinə cavab məktubu
09.01.2024
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin ünvanına Mərakeş Kralı Əlahəzrət VI Məhəmməddən cavab məktubu daxil olmuşdur. Məktubda deyilir:
“Həmd olsun o Bir olan Allaha, salam-dua olsun Allahın Peyğəmbərinə və olun ailəsinə.
Mərakeş Kralı VI Məhəmməddən
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə.
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuh.
Əl-Hövz bölgəsində baş verən və çoxsaylı insan itkisinə səbəb olan şiddətli zəlzələ ilə bağlı səmimi başsağlığınızı dərin təqdirlə qəbul etdik və bundan çox təsirləndik.
Sizə nəcib duyğularınıza, qurbanların ailələrinə və bütün Mərakeş xalqına ifadə etdiyiniz başsağlığına görə öz səmimi minnətdarlığımızı bildirərək Allaha dua edirik ki, Sizi hər cür bəlalardan qorusun, Sizə can sağlığı, afiyət və uzun ömür bəxş etsin.
Ən yüksək ehtiramımızı qəbul edin.
VI Məhəmməd
Mərakeş Kralı
Ər-Rabat Kral Sarayında
cümə günü, 15 Cəmadəl-Əvvəl 1445-ci il hicri / 24 noyabr 2023-cü il miladi tarixində yazılmışdır.”
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 3021