Siyəzəndə “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa

 
30 noyabr 2023-cü il tarixində Qafqaz Müsəlmanları İdarəsinin Şabran və Siyəzən rayonları üzrə bölgə qazılığının təşkilatçılığı, Siyəzən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” adlı dəyirmi masa keçirilib.
 Siyəzən Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. QMİ-nin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və milli-mənəvi dəyərlər” adlı film nümayiş etdirilib.
QMİ-nin Şabran və Siyəzən rayonları üzrə qazısı Cavanşir Əfəndiyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının dövətçilik tarixindəki müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərimizə olan qayğısından geniş bəhs etmişdir. Ümummilli liderin siyasi kursunun layiqli varisi, dünya miqyaslı siyasətçi cənab İlham Əliyevin müasir Azərbaycan dövlətinin tarixindəki rolundan danışmış, əldə etdiyi siyasi və hərbi qələbələr, iqtisadi nailiyyətlər fonunda milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi kontekstindəki fəaliyyətinin xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılandığını vurğulamışdır.
 Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Balabəy Balabəyov, bölgə dindarları və rayon ictimaiyyətinin fəalları çıxışlarında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərinə toxunaraq bu barədə barədə geniş məlumatlar vermişlər.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1629