Tərtərdə “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa

 
 
Qafqaz Müsəlmanları İdarəsinin Tərtər rayonu üzrə səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib.
Noyabrın 29-da rayondakı Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar və din xadimləri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan QMİ-nin səlahiyyətli nümayəndəsi, Tərtər “Cümə” məscidinin imamı Sadiq Cəfərov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, sabitliyin əldə edilməsi, beynəlxalq arenada tanınması istiqamətinədəki fəaliyyətindən geniş bəhs edərək, milli-mənəvi dəyərlərmizin qorunması və təbliği işinə verdiyi töhfələr barədə məlumat verib.  Ümummilli lider Heydər Əliyev təcrübəli dövlət xadimi kimi ən çətin məqamlarda xalqı Azərbaycançılıq ideyası ətrafında birləşdirdiyini bildirib.     
 Sonra dəyirmi masada mövzu ətrafında müzakirə aparılıb. Tərtər Rayon İcra Hakimiyyətinin məsul işçisi Zabil Paşayev, YAP-nın rayon təşkilatının sədr müavini Azər Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov və rayon icra hakimiyyətinin Ulu Qarabəy kəndi üzrə nümayəndəliyin əməkdaşı Zəminə Əzimova çıxış edərək Ulu Öndərin hakimiyyətdə olduğu dövrlərdə dövlət-din münasibətlərinin tənzimlənməsindən, milli-mənəvi dəyərlərmizə göstərdiyi qayğısından danışıblar.  Ümummilli Liderin siyasətinin layiqli davamçısı müdrik dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi tədbirlərin, xüsusi ilə ərazi bütövlüyümüzün bərpasının xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığını diqqətə çatdırıblar.
Tədbirin sonunda Sadiq Cəfərov dəyirmi masanın təşkilində göstərdiyi köməkliyə görə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova dindarlar adından minnətdarlığını bildirib.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1922