Allah rəhmət eləsin!

 
 
20.09.2023
         Son günlər erməni diversiya qrupunun Xocavənd rayonu ərazisində törətdiyi terror aktı nəticəsində şəhidlik məqamına yüksələn qəhrəman Vətən övladlarına Allah-Təaladan rəhmət diləyir, ailələrinə, yaxınlarına səbr arzulayır, yaralıların tezliklə şəfa tapmaları üçün dualar edirəm.
         Allah Azərbaycan dövlətini qorusun, Ordumuzu hər zaman müzəffər, bayrağımızı uca etsin, inşallah!
         Allah Vətən uğrunda həlak olan bütün Şəhidlərimizə rəhmət eləsin!
 
                                                             
                                                               Şeyxülislam Allahşükür Paşazadə,
                                                          Qafqaz Müsəlmanları İdarəsinin sədri
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 4237