Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Şeyxülislam həzrətlərinə təbrik məktubu göndərib

26.08.2023
Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrəzrətlərinə ad günü münasibəti ilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
 
Bismillahir-Rəhmanir-Rəhim
Qafqaz Müsəlmanları İdarəsinin Rəisi
Şeyxülislam Allahşükür Paşazadə
Həzrətlərinə
Əssalamu əleykum və rahmətullahi və bərakətuhu,
Möhtərəm Şeyxülislam Həzrətləri!
Mübarək Doğum gününüz münasibətilə Siz, hörmətli Şeyxülislam Həzrətlərinə öz səmimi təbriklərim və ən xoş arzularımı izhar etməkdən dərin məmnunluq duyuram.
Müqəddəs İslam dinimizin pak dəyərlərinin və əsl insanpərvərlik qayələrin fəal təbliğində, maarifçilik vasitəsilə cəhalətə qarşı mübarizədə, müsəlman Ümmətinin birlik və həmrəyliyinin möhkəmləndirilməsində göstərdiyiniz böyük səyləri və misilsiz əməli işlərinizi yüksək qiymətləndirir və hərtərəfli dəstəkləyirik.
Beləliklə, Yeni Özbəkistanda həyata keçirilən genişmiqyaslı islahatlar və köklü dəyişikliklər, özbək xalqı və dövlətlərarası münasibətlərimiz haqqında bildirdiyiniz müsbət rəylərinizi və duyduğunuz sonsuz hörməti yüksək qiymətləndirirəm.
Həyatınızın bu unudulmaz günündə, Uca Allah Təaladan Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik, qardaş xalqlarımız arasında dostluğun daha da möhkəmləndirilməsi istiqamətində nəcib və xeyirxah əməllərinizdə böyük uğurlar nəsib etməsini diləyirəm.
 
      Səmimi hörmətlə,
Şavkat Mirziyoyev
Daşkənd şəhəri, 
24 avqust 2023-cü il
 

Oxunub : 4952