Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar

 
13.07.2023
         Nəzərinizə çatdırırıq ki, son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, göstərilən ünvanlarda ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edəcəklər. Bu il Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanları diqqətinizə çatdırırıq:
         Bakı şəhəri üzrə:
       
Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı
         Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı
 Nizami rayonu Sahib zaman məscidi
 Səbail rayonu  Bibiheybət məscid ziyarətgahı
 Suraxanı rayonu Qaraçuxur məscidi
Yasamal rayonu Təzə Pir məscidi
Yasamal rayonu Hacı Soltanəli məscidi
Binəqədi rayonu İmam Əli məscidi
 
Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.
         Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcəkdir.
         Allah köməyiniz olsun!
 
QMİ-nin Mətbuat Xidməti 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 3997