QMİ sədrinin başçılığında ABŞ səfəri başa çatıb.

 
 
3 mart. Slot-Leyk Siti, Yuta. 
Qafqaz Müsəlmanları İdarəsininsədri Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycanın nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri başa çatıb.  Səfərin sonuncu günü – mart ayının 3-də qonaqlar Solt-Leyk Siti şəhərindəki Humanitar yardım mərkəzində olmuşlar.  Burada etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq dünyanın müxtəlif guşələrində təbii fəlakətlərdən, hərbi-siyasi qarşıdurmalardan zərər çəkmiş insanlar, ehtiyacı olanlar üçün yardımlar tədarük olunur və ünvanı üzrə göndərilir. Böyük ərazini əhatə edən mərkəzin qablaşdırma müəssisələri, istehsal sahələri və təlim kursları fəaliyyət göstərir. Təkcə 2021-ci ildə buradan müxtəlif ünvanlara təqribən bir milyard ABŞ dolları məbləğində yardım göndərilmişdir.
Həmin gün Azərbaycan heyəti Yuta ştatında fəaliyyət göstərən  Xədicə məscidinin dini icması ilə görüşüb. İcmanın sədri Salman Məsud nümayəndə heyətinin üzvlərini buradakı fərqli müsəlman dini icmaların ictimai həyatda iştirakı, fəaliyyət prinsipləri, islam dəyərlərinin qorunması və inkişafı istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verib. Sonra Xədicə məscidində Cümə namazı qılınıb. Cümə xütbəsi ardından Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev icma üzvlərini salamlayıb. Dindarlara müraciətində o, İslam dininin qardaşlıq, həmrəylik, sülh və yardımlaşma dini olduğunu, məzhəb və təriqətindən asılı olmayaraq müsəlmanların mənəvi birliyinin önəmini vurğulayıb.
       Səfərin sonunda Şeyxülislam Allahşükür Paşazadə yerli kütləvi informasiya vasitələri üçün eksklüziv müsahibə vermişdir.
   
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 

Oxunub : 2989