03 İYUN 2023
Ölkədəki bütün məscidlərdə Xocalı soyqırımının qurbanları yad edilib, namazlar qılınıb

26.02.2023
Azərbaycandakı bütün məscidlərdə Xocalı soyqırımının qurbanları yad edilib, namazlar qılınıb.
AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
“İctimaiyyətə Xocalı soyqırımının həqiqətləri çatdırılır. Həmçinin dini konfessiyalarla birlikdə dünya ictimaiyyətinə bəyanat da ünvanlamışıq. Dünyada Xocalı soyqırımının təkrarının olmaması üçün beynəlxalq təşkilatların diqqətinə həqiqətləri bir daha çatdırdıq. Dünya ictimaiyyəti bundan dərs götürəcək”, - deyən A.Paşazadə bunun kimi faciələrin bir daha baş verməyəcəyinə inamını ifadə edib.
Oxunub : 1579