Din xadimləri 20 Yanvar şəhidlərini yad etdilər

       
20.01.2022
         20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunur. Bu gün Qafqaz Müsəlmanları İdarəsini sədri, Şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər Xiyabanına gedərək 20 Yanvar faciəsinin qurbanlarını yad ediblər.
Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canından keçən şəhidlərin məzarları ziyarət olunub, ruhları yad edilib, müxtəlif dinlərə uyğun dualar oxunub.
                                                                         
 QMİ-nin Mətbuat Xidməti  
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 

Oxunub : 4745