Qafqaz Müsəlmanları İdarəsi 2023-cü il üçün Həcc müqaviləsi imzalayıb

09.01.2023
 
 
Ciddə, 9 yanvar 2023-cü il. Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini müfti Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistan Krallığı Həcc və Ümrə nazirliyinin dəvətilə bu ölkədə rəsmi səfərdədir. 
İki tərəf arasında görüş və aparılan danışıqlar nəticəsində Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi ilə QMİ arasında 2023-cü il mövsümü üçün Həcc müqaviləsi imzalanıb. Sənədi Səudiyyə Ərəbistanı tərəfindən nazir müavini cənab Əbdülfəttah bin Süleyman Əl-Maşşat, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən isə müfti Salman Musayev imzalayıblar.
 
* Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 5121