Allahşükür Paşazadə həzrətləri Dr. Ali Erbaşa başsağlığı məktubu ünvanlayıb

 
 
 
14.11.2022
 
 
 
Türkiyə Cümhuriyyəti
  Diyanət İşləri Başkanı
d-r Ali ERBAŞA
 
Möhtərəm qardaşım!
         Qardaş Türkiyənin İstanbul şəhərinin mərkəzində törədilmiş xain terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı və kədərləndirdi.
Müqəddəs dəyər olan insan həyatına qarşı cinayət olan terroru, onun bütün təzahürlərini qətiyyətlə pisləyirik. Hər zaman olduğu kimi Türkiyənin yanındayıq.  Xəyanətkar terror hadisəsi ilə əlaqədar dərdinizi bölüşür, Azərbaycan, Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan cənabınıza və şəxsinizdə bütün qardaş türk müsəlmanlarına, terror nəticəsində həyatlarını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan onlara rəhmət, yaralılara şəfa diləyirəm. Uca Allah qardaş Türkiyə xalqını və dövlətini hifz etsin!
 
          Dərin hüznlə,
Şeyxülislam
 Allahşükür PAŞAZADƏ
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2784