Qafqaz Müsəlmanları İdarəsinin sədri Özbəkistan müftisi ilə görüşüb

19.10.2022
Oktyabrın 19-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Özbəkistan müftisi Nuriddin Xoloknazarov arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Şeyxülislam Allahşükür Paşazadə dövlətlərarası dostluq əlaqələrindən danışıb. Bildirib ki, Özbəkistan Vətən müharibəsi zamanı Azərbaycana mənəvi dəstəyini əsirgəməyib. O deyib ki, Türk Dövlətləri Təşkilatının nəzdində İslam dininin birliyinə, mənəvi irsimizə qayıdış çox vacibdir.
Özbəkistan müftisi Nuriddin Xoloknazarov ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib.
Sonda iki ölkənin dini liderləri qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memarandumu imzalayıblar.
 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxunub : 2835