QMİ sədri Allahşükür Paşazadə Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyində olub

21.07.2022
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstana səfəri çərçivəsində Tbilisidəki M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub.
 A.Paşazadə muzeyin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin nadir fotolarından ibarət guşəyə baxıb.
Sonra muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva A.Paşazadəyə və nümayəndə heyətinin üzvlərinə muzeyin yaranma tarixi, səbəbi, Azərbaycan mədəniyyətinin təbliğində və tanıdılmasındakı rolu, burada saxlanılan nadir əlyazmalar və arxiv materialları, eləcə də böyük dramaturq, ictimai xadimi M.F.Axundzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.
Qonaqlar muzeyin müxtəlif guşələri və burada sərgilənən eksponatlarla tanış olublar.
Sonra hacı Allahşükür Paşazadə muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
QMİ sədri ətraflı məlumata görə təşəkkür edib, mədəniyyətimizin təbliğində, Azərbaycan və Gürcüstan xalqları arasındakı tarixi dostluq, qardaşlıq və qonşuluq əlaqələrinin inkişafı istiqamətində muzeyin rəhbərliyinə və əməkdaşlarına uğurlar arzulayıb.
 
 
 
 
 
 
 
 

Oxunub : 674