Allahşükür Paşazadə Tiflisdə II İliya ilə görüşüb

 
21.07.2022
Gürcüstanın paytaxtı Tiflisdə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iyul ayının 19-da Ümum Gürcüstan Katolikos-Patriarxı II İliya ilə görüşüb.
Azərbaycan nümayəndə heyətini salamlayan Gürcüstanın Patriarxı Azərbaycan xalqına ən xoş arzularını yetirdi. Gürcüstan və Azərbaycanın hər zaman bir yerdə olmaları, eyni mövqedən çıxış edərək çətinliklərə qarşı birgə mübarizə apardıqlarını dedi. Azərbaycanı Gürcüstanın böyük dostu adlandıran II İlya Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin ehtiramını bildirib.
Daha sonra Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğu qeyd edərək, Patriarx II İlya dostluğun uzaq dövrdən başlandığını və bu dostluğun Cənubi Qafqazda sülh və əmin-amanlığın qorunub saxlanılmasındakı rolundan danışıb.
Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsini xüsusi olaraq qeyd edən Hacı Allahşükür Paşazadə erməni din xadimlərinin bu gün də revanşist çağırışlar etdiyindən təəssüfləndiyini vurğulayıb.
Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub. 
Daha sonra Azərbaycan nümayəndə heyəti Tiflisin mərkəzində ucaldılmış “Qəhrəmanlar abidəsi”ni ziyarət edib
 
 
 
 
 
 

Oxunub : 990