Şeyxülislam həzrətləri Vyana şəhərində səfərdədir

22.06.2022
Azərbaycan nümayəndə heyəti iyunun 22-də Avstriya Federativ Respublikasına yola düşüb. 
Səfərdə məqsəd Vyana şəhərində keçiriləcək “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda Beynəlxalq Konfransının təşkili və KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin toplantısında iştirak etməkdir. Tədbirdə Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi, eləcə də Azərbaycanda fəaliyyət göstərən ənənəvi dini konfessiyaların rəhbərləri təmsil edəcək. 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Aallahşükür Paşazadə iyunun 23-də KAİCİİD Beynəlxalq Mərkəzinin Direktorlar Şurası və Məşvərət Şurasının birgə iclasında iştirak və çıxış edəcək. 

GÜNDÜZ BABAYEV
QMİ SƏDRİNİN XARİCİ ƏLAQƏLƏR ÜZRƏ KÖMƏKÇİSİ
VLADİMİR FEKETE 
ROMA KATOLİK KİLSƏSİNİN AZƏRBAYCANDAKI YEPİSKOPU
AVSTRİYADA MULTİKULTURALİZM KONFRANSI 
AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ TƏDBİRDƏ İŞTİRAK ETMƏK ÜÇÜN VYANAYA YOLA DÜŞÜB
Covid səbəbindən bu konfrans təxirə salınmışdı. Biz Multikulturalizm və Azərbaycanın bu sahədəki nümunəsi üzrə konfransda iştirak etmək üçün Vyanaya yola düşməli idik. Artıq bütün  məhdudiyyətlər aradan qaldırılıb. Biz Şeyxülislam Hacı Allahşükür Paşazadə başda olmaqla Azərbaycanın ənənəvi dini konfessiyalarının rəhbərləri və Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovla birlikdə Qərbi Avropada çıxış edəcəyik.Almaniya və digər ölkələrdən də nümayəndələr olacaq. Bir sıra siyasətçilər, şərhçilər var ki, şübhə ilə yanaşaraq deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bu, mümkün deyil. Biz bu cəmiyyətə sadə həyat tərzimizi nümunə gətirmək istəyirik. Biz əsrlərdir burada yaşayırıq. Azərbaycan əhalisi müsəlmanlar, yəhudilər, xristianlar birlikdə ağır günlər yaşayıb. Dini fərqliliyə baxmayaraq biz müstəqil və dünyada layiqli yerə çatmışıq.     
24 iyun tarixində Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Hofburq sarayında baş tutacaq “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq tədbirdə Azərbaycanın Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, tanınmış ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur.
 

Oxunub : 2793