Ramazan bayramı ilə əlaqədar Azərbaycan məscidlərində bayram namazı qılınır

02.05.2022
Müqəddəs Ramazan bayramı münasibətilə mayın 2-də səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınır.
AZƏRTAC xəbər verir ki, bayram namazında dualar edilir, Ulu Tanrıdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənir.
Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri iştirak edirlər.
Bütün müsəlmanlar, o cümlədən Azərbaycan xalqı Ramazan bayramı münasibətilə təbrik edilir, dualar oxunur.
 

Oxunub : 933