QMİ-nin sədr müavini beynəlxalq konqresdə çıxış edib

11.01.2021
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Türkiyə Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf
və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə 18-21 dekabr
2021-ci il tarixlərində onlayn formatda “Tibb elmləri və innovasiyalar”
mövzusunda V beynəlxalq konqres (Uluslararası Sağlık Bilimleri ve İnovasyon
Kongresi) keçirilmişdir. Beynəlxalq konqresdə Qafqaz Müsəlmanları İdarəsinin
sədr müavini, fəlsəfə elmləri doktoru Qəmər xanım Cavadlı “İslam bioetikasında
süni mayalanmaya münasibət” mövzusunda çıxış etmişdir.
Konqresin elmi-təşkilat komitəsində bir sıra nüfuzlu elm xadimləri yer alıb.
Qeyd edək ki, İKSAD hər il Türkiyədə və dünyanın bir sıra digər ölkələrində
(Ermənistan istisna olmaqla) müxtəlif elmi mövzulara həsr edilmiş beynəlxalq
konfrans və simpoziumlar təşkil edir. Bu günədək biologiya və tibb elmləri
istiqamətinə aid 4 belə beynəlxalq tədbir dünyanın bir sıra ölkələrinin iştirakı ilə
Türkiyə və Azərbaycanda böyük müvəffəqiyyətlə təşkil olunub.
Konqres haqqında geniş məlumat almaq üçün aşağıdakı linklərə daxil ola
bilərsiniz.
 

Oxunub : 2185