Şeyxülislam həzrətləri Milad bayramı münasibətilə xristian dünyasının dini liderlərini təbrik edib

 
29.12.2021
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Həzrəti İsa Məsihin Miladı bayramı münasibətilə xristian dünyasının liderlərinə təbrik məktubları ünvanlamışdır.
Aşağıda adları qeyd olunmuş dini liderlərə ünvanlanmış bayram mesajlarında Şeyxülislam həzrətləri öz səmimi təbriklərini dilə gətirərək Allah-Taalaya dünyada sülhün, insanlar arasında qarşılıqlı hörmətin və anlaşmanın bərqərar olması üçün duaslar etmiş, dinlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın müstəsna əhəmiyyətini vurğulamışdır:
 
Moskva və Bütün Rusiya Patriarxı Kiril; Bütün Gürcüstan Patriarxı II İliya; Zati-Müqəddəsləri, Roma Papası Fransisk; Zati-Müqəddəsləri, Ekumenik Patriarx I Varfolomey; Zati-Müqəddəsləri, Süryani kilsəsinin patriarxı II İqnatius Afrem; Zati-Müqəddəsləri, Rumıniya patriarxı Daniel; Zati-Müqəddəsləri, Maroni kilsəsinin patriarxı Beşara Butrus Rayi; Zati-Müqəddəsləri, Antioxiya və bütün Şərqin Yunan Ortodoks kilsəsinin patriarxı Yohanna X Yazıcı;
 
Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Pietro Parolin; Müqəddəs Taxt-Tacın Dövlət Katibinin müavini, Arxiyepiskop Edqar Penya Parra; Müqəddəs Taxt-Tacın Xarici dövlətlər ilə əlaqələr üzrə Katibi, Arxiyepiskop Pol Riçard Qallaher; Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti, Kardinal Canfranko Ravazi; Vatikan dinlərarası dialoq üzrə Papa şurasının prezidenti, Kardinal Migel Ayuso Quiksot; Bolonya Arxiyepiskopu, Kardinal Matteo Zuppi; Vatikanın Azərbaycandakı sabiq nunsisi, Arxiyepiskop Klaudio Qucerotti; Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentin sədri, Monsinyor Xalid Akaşe; Xalxidon Baş Mitropoliti Emmanuel; Mardin və Diyarbakır süryani mitropoliti Saliba Özmen; Süryani arxiyepiskop Nokolovus Abdalahad; Avstriya Süryani Xristian Ortodoks dini icmasının rəhbəri, kor-yepiskop Emanuel Aydın; Müsəlman-Xristian dialoqu üzrə Livan milli komitəsinin baş katibi Lemir Şehab; İordaniya dinlərarası birgə yaşayış araşdırma mərkəzinin direktoru Nəbil Həddad; İspaniya yepiskoplar şurasının üzvü Silverio Nunyes; Peru arxiyepiskopu Hose Luis Del Palasio; Bratislava Arxiyepiskopu Stanislav Zvolenski; Jilina yepiskopu Tolas Qalis; Plzen yepiskopu Tomas Holub; Zaqreb Axriyepiskopu Yosip Bozaniç; Dünya Yevangelik alyansının (WEA) icraçı sədri, arxiyepiskop Tomas Şirmaxer; Kenterberi arxiyepiskopunun xarici əlaqələr üzrə katibi Riçard Sudvort; Macarıstan Katolik kilsəsinin Haydudoroqa Arxiyepiskopu Fülöp Koksis; Macarıstan Roma Katolik kilsəsinin  primatoru, Mitropolit arxiyepiskop Peter Erdö; Nigeriya Federativ Respublikası Abuja Baş yepiskopu Con Onayekan; Nigeriya Federativ Respublikası Sokoto yepiskopu Metyu Kuka; "Qartalın qanadlaeı" yevangelist təşkilatının rəhbəri Robert Störns; ABŞ Xristian Liderləri Konqresinin prezidenti Conni Mur; İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin (Mormon kilsəsi) 12 Həvarinin Kvorumunun ağsaqqal üzvü Ronald Raşband; Ümumdünya Kilsələr Şurasının Beynəlxalq Əlaqələr üzrə direktoru Piter Pruv; Vyana Arxiyepiskopu, Kardinal Kristof Şönbörn; Avstriya üzrə Ümumdünya Kilsələr şurasının sədri Rudolf Prokski; Antioxiya Yunan Ortodoks kilsəsinin mitropoliti Elias Audinin şəxsi nümayəndəsi Nektarios.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1608