İndoneziyalı tədqiqatçı Qafqaz Müsəlmanları İdarəsində

 
12.11.2021
 
Noyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsində ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Dövlət İslam Universitetinin elmi əməkdaşı, tədqiqatçı Moch Riza Fəhminlə görüş keçirilib. Qafqaz Müsəlmanları İdarəsi sədrinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə müavini Qəmərxanım Cavadlı dini mərkəz olaraq QMİ-nin tarixi, keçdiyi mürəkkəb və şərəfli yoldan danışıb, dini təhsil sahəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.
QMİ-nin sədr müavini bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədə qurulub, hüquq və azadlılar təmin edilib. Ölkəmizdə dini tolerantlığın və multikulturalizmin nümunəvi bir modeli formalaşıb, bu model Azərbaycan nümunəsi kimi təkcə İslam aləmində deyil, bütün dünyada uğurla təşviq edilir, öyrənilir. Qəmərxanım Cavadlı əlavə edib ki, Azərbaycanda dinlər və məzhəblər arasında heç vaxt qarşıdurma olmayıb.
İndoneziya Respublikasının Dövlət İslam Universitetinin elmi əməkdaşı,  tədqiqatçı Moch Riza Fəhmin ölkəmizə səfərinin məqsədi, Bakıda rəsmi qurumlarda keçirdiyi görüşlər barədə məlumat verib. İndoneziyalı qonaq Azərbaycandakı dini tolerantlığı yüksək qiymətləndirib, ölkəmizdə bu sahədə görülən işlər barədə çalışdığı ali təhsil ocağının tələbələrinə ətraflı məlumat verəcəyini bildirib. Moch Riza Fəhmin qeyd edib ki,  üzərində işlədiyi “Azərbaycanda tolerantlıq və multikulturalizm: şiə, sünni, xristian, yəhudi icmaları arasında qarşılıqlı sosial münasibətlərin uğur hekayəsi” mövzusundakı elmi işində Azərbaycanda müşahidə etdiyi dini durum barədə ətraflı bəhs edəcək.
Görüşün sonunda xatirə şəkli çəkilib.
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 4917