Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Əlirza Qafarov vəfat edib

                    
         Qafqaz Müsəlmanları İdarəsinin Təşkilat şöbəsinin müdiri Əlirza Qafarov vəfat edib. Əlirza Ağakərim oğlu Qafarov 1961-ci il martın 29-da Masallı rayonunun Sərçuvar kəndində anadan olub. Lənkəran şəhər 1 saylı orta məktəbi bitirib. Ali təhsilini Bakı İslam Universitetində alıb, bu təhsil ocağının ilk məzunlarından biridir. 1994-cü ildə ali təhsilini başa vurduqdan sonra Bakı İslam Universitetində müəllim kimi çalışıb, İslam Fiqhindən dərs deyib. Universitetin Şəriət elmləri kafedrasının müdiri vəzifəsinə qədər yüksəlib.
         1998-ci ildə Qafqaz Müsəlmanları İdarəsində işə qəbul olunaraq kitabxananın müdiri olub. 2000-2002-ci illərdə Bakının Sabunçu rayonundakı “Cümə” məscidində axund kimi fəaliyyət göstərib.
         Əlirza Qafarov 2003-cü ildən ömrünün sonuna kimi Qafqaz Müsəlmanları İdarəsinin Təşkilat şöbəsində çalışıb. Əvvəlcə idarədə referent kimi işə başlayan Ə.Qafarov 2003-cü il noyabrın 1-dən vəfatına qədər Təşkilat şöbəsinə başçılıq edib. Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə reallaşan beynəlxalq və yerli səviyyəli konfransların hazırlığında və keçirilməsində fəallıq göstərib.
         Qafqaz Müsəlmanları İdarəsi, Qazılar Şurası və idarənin kollektivi Əlirza Ağakərim oğlu Qafarovun vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
         Allah rəhmət eləsin!
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 2128