Moskvada Azərbaycanın, Rusiyanın və Ermənistanın dini liderlərinin üçtərəfli görüşü keçirilir

 
13.10.2021
Oktyabrın 13-də Moskvada Moskvanın və bütün Rusiyanın patrixarxı Kirillin, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin və bütün ermənilərin katolikosu I Qareginin üçtərəfli görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, görüşü patriarx Kirill açıb. O qeyd edib ki, görüşdə Qarabağda çoxillik münaqişənin nəticələri müzakirə ediləcək.
Patriarx Kirill deyib: “Ümidvaram ki, biz xalqlarımıza daha çox lazım olan düzgün sözləri tapacağıq. İnanıram ki, Azərbaycanın və Ermənistanın dini liderlərinin nüfuzu insanların zəkasına səmərəli təsir göstərə biləcək, inanıram ki, bugünkü görüş faktının özü və əziz qardaşlar, sizin aranızda dialoq hamı üçün nümunə olacaq. Qoy ulu Tanrı bizim zəhmətimizi qəbul etsin və qədim Qafqaz torpağında möhkəm və uzunmüddətli sülhə nail olmağa kömək edəcək qarşılıqlı anlaşma tapmaqda bizə yardımçı olsun”.

Oxunub : 4136