Azərbaycan ilə Qazaxıstan arasında dünya dini liderlərinin forum və Zirvə görüşlərinin layihələri müzakirə edilib

 
 
08.10.2021
Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bu ölkə Senatının sədri Maulen Aşımbayevlə işçi nahar edib.
AZƏRTAC xəbər verir ki, səmimi şəraitdə keçən görüşdə Azərbaycan və Qazaxıstanın dünya dini liderlərinin yüksəksəviyyəli forumlarının, Zirvə görüşlərinin təşkili sahəsində uğurlu təcrübələri barədə söhbət açılıb, perspektivlər, layihələr barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov da iştirak edib.
 

Oxunub : 1136