Bakı Şəbnəm İslam Kollecində 27 Sentyabr “Anım günü” münasibətlə  tədbir keçirildi

Bakı Şəbnəm İslam Kollecində 27 Sentyabr “Anım günü” münasibətlə  tədbir keçirildi
27.09.2021
       27 sentyabr  günü  tariximizə  ən şanlı günlərdən biri kimi daxil oldu və bu gün şəhidlərimizin xatirəsini ehtiramla yad etdiyimiz gün olaraq ölkəmizdə geniş şəkildə qeyd edildi.  Bakı Şəbnəm İslam Kollecində də bu münasibətlə  tədbir keçirildi.Tədbir Dövlət himnimizin tələbələrin ifasında səslənişi ilə başladı. Kollecin müdiri Gülnarə Həşimova çıxış edərək xüsusi vurğuladı: "Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır."
Tədbirin aparıcıları   qonaqları və iştirakçıları salamlayaraq Anım günü haqqında geniş məlumat verdilər. Daha sonra 44 günlük müharibəni əks etdirən video çarx nümayiş edildi.Tələbələrin ifasında şəhid anası obrazı ilə şəhid obrazının dialoqu olan kiçik bir səhnə göstərildi.Vətənpərvərlik mövzularında şeir və mahnılar səsləndirildi. 
Tədbir Şəhidlərimizin ruhuna Qurani Kərim oxunması ilə sona yetdi.
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 667