Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam həzrətləri səfərə yola düşəcək

 
04.10.2021       
         Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 5-də Qazaxıstan Respublikasına səfərə yola düşür. Qazaxıstan Senatının sədri cənab Maulen Aşimbayevin dəvəti ilə baş tutan səfərdə məqsəd oktyabrın 6-da paytaxt Nur-Sultan şəhərində keçiriləcək Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XIX sessiyasında iştirak etməkdir.
Qazaxıstanın ümummilli lideri Elbası Nursultan Nazarbayevin xeyir-duası ilə keçirilən Dünya və ənənəvi din liderlərinin mütəmadi qurultaylarının daimi iştirakçısı və Qurultay Katibliyinin üzvü olan Şeyxülislam A. Paşazadənin 5-7 oktyabr tarixlərində Qazaxıstan paytaxtına həyata keçirəcəyi səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri və ölkənin dini lideri ilə görüşləri, Lev Qumilyov adına Qazaxıstan Avrasiya Universitetində mühazirəsi və aparıcı yerli media qurumlarına müsahibəsi nəzərdə tutulub.
QMİ sədri Şeyxülislam A. Paşazadənin Nur-Sultana səfər müddətində Qazaxıstanda yaşayan azərbaycanlı soydaşlarımızla görüş, Vətən müharibəsinin birinci ildönümünü ilə əlaqədar Vətən şəhidlərinin anım mərasimləri təşkil  ediləcəkdir.
 
QMİ-nin Mətbuat Xidməti
 

*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1723