Azərbaycanın dini konfessiya rəhbərlərinin BƏYANATI / ЗАЯВЛЕНИЕ лидеров религиозных конфессий Азербайджана

29.09.2021
Uca Yaradanın Adı ilə!
Azərbaycan xalqının tarixinə əbədi həkk olunan 27 sentyabr 2020-ci il tarixinin ilk ildönümünü qeyd edirik. Bu tarix təkcə bizim üçün deyil, bütün bəşəriyyət üçün Haqq və Ədalətin təcəllisi günü, Böyük Zəfər yolunun başlanğıc nöqtəsi kimi yaddaşlarda əbədi qalacaqdır. Bizim xalqımız bu Anım gününü Vətən uğrunda qəhrəmanlıq və şəhadətin Şərəf salnaməsi kimi daima yaşadacaqdır!
Biz fəxr edirik ki, bu Qələbənin müəllifi və sərkərdəsi Azərbaycan xalqının böyük oğlu, adı tariximizə Qarabağ Fatehi kimi daxil olmuş Zati-aliləri Ali Baş komandan İlham Əliyev cənablarıdır. Vətən müharibəsi ərzində onun liderlik əzmi, qətiyyətli siyasəti, mərdliyi, cəsarəti hər kəsə - ordumuzun əsgərinə, xalqımızın övladlarına, dinindən və millətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz anlar yaşatdı. Dünya ictimaiyyəti Azərbaycanın siyasi liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-iqtidar birliyinin şahidi oldu. Tarixi Azərbaycan şəhəri Şuşa qəhrəmancasına işğaldan azad olunaraq öz əsl sahibinə qaytarıldı. Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın imzaladıqları tarixi əhəmiyyətli Şuşa Bəyannaməsi regionumuzda yeni geosiyasi vəziyyət yaratdı.
Bu gün biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq. Bu ruh yüksəkliyinin əsas mənbəyi dövlətimizin başçısı İlham Əliyev cənablarının prinsipial və qətiyyətli mövqeyi, ölkəmizdə aparılan geniş miqyaslı quruculuq işləri, xalqın rifahına yönələn sosial-iqtisadi proqramların gerçəkləşməsində Prezidentimizin silahdaşı, siyasi və ictimai xadim, Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın təqdirəlayiq roludur.  Mehriban xanımın şəhid və qazi ailələrinə, yaralı hərbçilərə nəcib şəfqətli münasibəti, maddi-mənəvi dəstəyi və sosial yardım proqramlarına rəhbərliyi vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir, dindarlarımızın xeyir-duaları ilə qarşılanır.
Dünya ictimaiyyəti yaxşı bilir ki, bizi 27 sentyabra aparan səbəblər son dərəcə ciddi və danılmaz həqiqətlərdir. Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etməyən Ermənistan cəzasızlıqdan ruhlanaraq işğalın davam etdirilməsi yolunu seçdi, qəsdən danışıqlar prosesini pozdu. 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu, daha sonra avqust ayında Ermənistanın diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi, lakin bunun qarşısı uğurla alındı. Ermənistanın  Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücumuna cavab olaraq, sentyabrın 27-də Azərbaycan BMT Nizamnaməsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.
44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Zəbt olunmuş ərazilərimizdə müsəlman və xristian məbədlərini dağıdan,  müharibə qanunlarını, beynəlxalq hüquq normalarını, Cenevrə Konvensiyasının müvafiq müddəalarını pozan Ermənistan silahlı qüvvələri qadağan olunmuş silah və bombalarla təmas xəttindən, həmçinin, cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tutur, yüzlərlə günahsız insanın, uşaq, qadın və qocaların ölümünə səbəb olur, mülki məntəqələrə zərbələr endirirdi Hətta paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. İşğal dövründə ərazilərimizin minalanması səbəbindən bugünədək mülki əhali və hərbçilər həlak olur və xəsarət alırlar.
27 sentyabrdan başlanan və 44 gün davam edən savaş Ermənistanın məğlubiyyəti ilə Azərbaycan ordusunun şanlı zəfəri kimi tarixə yazıldı. Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi, 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
Həsrətində olduğumuz Qarabağın azadlığı naminə övladlarımız  Allah yolunda, Vətən və millətin azadlığı uğrunda canlarını fəda etdilər, qanları ilə qazandıqları Qələbəni Azərbaycan xalqına əmanət etdilər. Qarabağın azad olunması uğrunda, Vətən müharibəsi dövründə Azərbaycanda ənənəvi olaraq mövcud olan tolerantıq və multikultural dəyərlərə istinadən bütün vətəndaşlarımız Azərbaycanın dövlət başçısı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək Vətənə sadiqliklərini nümayiş etdirdilər. Polad Həşimov, Mübariz İbrahimov, Albert Aqarunov, Denis Pronin, Yuri Kovalyov, Ruslan Polovinko, Sergey Senyuşkin və b. kimi yüzlərlə qəhrəmanımız doğma Azərbaycan üçün şəhidlik zirvəsinə ucaldılar. Onların əziz xatirəsi əbədi olaraq yaddaşlarda yaşayacaqdır. Biz ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik.      
Tariximizin çox mürəkkəb və məsuliyyətli dönəmində bizi dəstəkləyən  qardaş və dost ölkələrə, dini təşkilatlara və beynəlxalq qurumlara minnətdarlığımızı bildiririk. Fəqət təəssüflə qeyd etməliyik ki, illər boyu Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri, mədəni-mənəvi irsimizə qarşı vandalizm faktlarını ört-basdır etmək istəyən qüvvələr bu gün də ikili standartlarla erməni terrorizminə və azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinə haqq qazandırmaq üçün səy göstərirlər. Ermənistanı bir daha işğalçı, revanşist, millətçi, separatçı siyasətindən əl çəkməyə çağırırıq. Erməni Kilsəsini təxribatçı, qisasçı müharibəyə səsləyən çağırışlara son qoymağa, sülh üçün səy göstərməyə dəvət edirik – bu, Bir Olan Yaradanımızın buyurduğu müqəddəs dəyərlərə ən uyğun yoldur.
Biz din xadimlərinin əsas məqsədi - gələcəkdə baş verə biləcək müharibələrin, günahsız insan tələfatının, terror aktları və münaqişələrin qarşısını almaq üçün tarixin dərslərini xatırlatmaqdır. Bu niyyətlə, təqvimimizə Böyük Zəfər yolunun başlanğıcı kimi yazılan 27 sentyabr Anım günündə qəhrəman şəhidlərimizə Ulu Yaradandan rəhmət diləyirik. Uca Rəbbimiz Azərbaycan dövləti və xalqını hifz etsin,  hər zaman müzəffər qərar versin!
 
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri                       
Şeyxülislam Allahşükür PAŞAZADƏ
                                
Dağ Yəhudiləri Dini İcmasının sədri             
Milix YEVDAYEV
 
Avropa Yəhudiləri Dini İcmasının sədri          
Aleksandr ŞAROVSKİ
 
Rus Pravoslav Kilsəsinin
Bakı və Azərbaycan Yeparxiyasının katibi
Protoiyerey Mefodiy Əfəndiyev
 
Alban-udi Dini İcmasının sədri                   
Robert MOBİLİ
 
 
 
Bakı şəhəri, 29 sentyabr 2021-ci il
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
Именем Всевышнего Создателя!
Мы отмечаем первую годовщину даты 27 сентября 2020 года, навечно запечатленную в истории азербайджанского народа. Не только для нас, но и для всего человечества она навсегда останется в памяти как день торжества Истины и Справедливости, как точка отсчета на пути к Великой Победе. Наш народ всегда будет помнить этот День Памяти - как летопись шехидской чести и героизма во имя Родины!
Мы гордимся тем, что автором и полководцем этой Победы является великий сын азербайджанского народа, Его Превосходительство Верховный Главнокомандующий Ильхам Алиев, имя которого вошло в нашу историю как Освободитель Карабаха. Решимость лидера, безапелляционная политика, смелость и отвага, проявленные им во время Отечественной войны, затронули самые глубины сердец солдат, сынов нашего народа, всех граждан нашей страны, независимо от их религиозной или национальной принадлежности. Мировая общественность стала свидетелем силы политического лидера Азербайджана, незыблемого единства народа и правительства страны. Древний азербайджанский город Шуша был героически освобожден от оккупации и возвращен своим истинным хозяевам. Шушинская декларация - документ исторической важности, подписанный президентом Азербайджана Его Превосходительством Ильхамом Алиевым и Президентом братской Турецкой Республики Его Превосходительством Реджепом Тайипом Эрдоганом, создал новую геополитическую ситуацию в нашем регионе.
Сегодня мы с большой уверенностью и надеждой смотрим в будущее Азербайджанского государства. Главный источник этого энтузиазма - принципиальная и решительная позиция Президента Ильхама Алиева, а также достойная роль соратника Президента, видного общественно-политического деятеля, Первого вице-президента Мехрибан ханум Алиевой в проведении в стране масштабных строительных работ и реализации социально-экономических программ, направленных на повышение благосостояния народа. Благородная забота госпожи Мехрибан Алиевой о семьях шехидов и ветеранов, о раненых военнослужащих, оказываемая им материальная и моральная поддержка, а также личное руководство над осуществлением программ социальной помощи высоко ценятся гражданами, с одобрением и благословением воспринимаются нашими верующими.
Мировому сообществу хорошо известно, что причины, которые привели к событиям 27 сентября, чрезвычайно серьезны и неоспоримы. Около 30 лет Армения удерживала под оккупацией 20 процентов территории нашей страны. Оккупация сопровождалась военными преступлениями и преступлениями против человечности. В результате проводимой Арменией этнической чистки более миллиона азербайджанцев оказались в положении беженцев и вынужденных переселенцев. Армения, не выполнившая резолюции Совета Безопасности ООН и вдохновленная своей безнаказанностью, избрала путь продолжения оккупации и сознательно сорвала переговорный процесс. В июле 2020 года Армения совершила военную провокацию на участке государственной границы с Азербайджаном.
В результате артиллерийского обстрела в направлении Товузского района Азербайджана было убито 13 военнослужащих и мирных граждан, затем - в августе, армянская диверсионная группа пересекла линию соприкосновения и попыталась совершить террористические акты против азербайджанских военнослужащих и гражданских лиц, однако эта попытка была успешно предотвращена. В ответ на широкомасштабное нападение Армении на азербайджанские военные позиции и гражданского населения, 27 сентября Азербайджан, используя свое право на самооборону, закрепленное в Уставе ООН, начал контрнаступление против Армении в пределах своих территориальных границ.
В течение 44 дней войны вооруженные силы Армении подвергали интенсивному обстрелу наши районы и города - Агдам, Агджабади, Бейлаган, Дашкасан, Физули, Геранбой и Тартар, расположенные в прифронтовой зоне. Армянские вооруженные силы, разрушившие мусульманские и христианские храмы на оккупированных территориях, в нарушение законов войны, международного права и соответствующих положений Женевской конвенции, подвергли обстрелу с применением запрещенных видов оружия и бомб в том числе и города расположенные на большом удалении от прифронтовой зоны - Гянджа, Барда, Мингячевир, Габала, Сиязань, Хызы и другие, в результате чего погибли сотни ни в чем не повинных людей, включая детей, женщин и стариков, пострадали гражданские цели. Даже столица - город Баку стал мишенью армянских ракетных обстрелов. Сегодня гражданские лица и военные по-прежнему гибнут и получают ранения на установленных во время оккупации минных полях.
Война, начавшаяся 27 сентября и продолжавшаяся 44 дня, вошла в историю как поражение Армении и славная победа азербайджанской армии. Азербайджан самостоятельно обеспечил выполнение резолюций ООН, решив 30-летний конфликт и восстановив свою территориальную целостность и историческую справедливость военно-политическими средствами.
Ради осуществления заветной мечты – освобождения Карабаха, во имя Всевышнего, во имя свободы Родины и народа наши сыновья пожертвовали своей жизнью и вверили Азербайджанскому народу завоеванную ценой собственной крови Победу. Опираясь на традиционно существующие в Азербайджане толерантность и мультикультурные ценности, наши соотечественники во время Отечественной войны еще более тесно сплотились вокруг Президента Азербайджана Ильхама Алиева и продемонстрировали свою верность Родине. Сотни героев, таких, как Полад Хашимов, Мубариз Ибрагимов, Альберт Агарунов, Денис Пронин, Юрий Ковалёв, Руслан Половинко, Сергей Сенюшкин и другие возвысились на вершину шехидства ради родного Азербайджана. Память о них навсегда останется в наших сердцах. Мы молимся Всевышнему об упокоении душ, павших за суверенитет и территориальную целостность нашей страны, об исцелении всех раненых.
Мы выражаем свою благодарность братским и дружественным странам, религиозным центрам и международным организациям, поддержавшим нас в столь сложный и ответственный период нашей истории. В то же время, мы с сожалением должны отметить, что те силы, которые в течение многих лет пытались скрыть преступления, совершенные армянским государством против азербайджанского народа, вандализм против нашего культурного и духовного наследия, все еще пытаются оправдать армянский терроризм и этнические чистки против азербайджанцев, применяя двойные стандарты. Мы вновь призываем Армению отказаться от политики агрессии, реваншизма, национализма и сепаратизма. Мы призываем Армянскую Церковь отказаться от призывов к провокационной, мстительной войне и стремить свои усилия к миру – путь, наиболее соответствующий священным ценностям, заповеданным нам Великим Создателем.
Как религиозные деятели мы считаем своей обязанностью напомнить об уроках истории, ради того, чтобы предотвратить войны, гибель ни в чем не повинных людей, террористические акты и конфликты в будущем. Помня это, в День памяти - 27 сентября, вошедшем в календари как дата начала пути к Великой Победе мы молим Великого Создателя благословить души наших шехидов. Да защитит Всемогущий государство и народ Азербайджана, и да упрочит его победу!
 
Председатель Управления мусульман Кавказа
Шейх-уль-Ислам Аллахшукюр ПАШАЗАДЕ
                                
Председатель религиозной общины горских евреев
Милих ЕВДАЕВ
 
Председатель Европейской еврейской религиозной общины
Александр ШАРОВСКИЙ
 
Секретарь Бакинской и Азербайджанской Епархии
Русской Православной Церкви
Протоиерей Мефодий ЭФЕНДИЕВ
 
Председатель Албанско-Удинской
христианской религиозной общины
Роберт МОБИЛИ
 
Баку, 29 сентября 2021 г.
 
Авторское права защищены!

Oxunub : 2014