"Əlif-Bə" kitabının yeni nəşri işıq üzü gördü

09.09.2021
 
Qafqaz Müsəlmanları İdarəsi Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirinin “Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran” kitabının 3-cü nəşri işıq üzü görmüş və dini mağazalara satışa çıxarılmışdır. Kitab QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin xeyir-duası ilə nəşr edilib. İlkin olaraq bu kitab “Məsumə” dini mağazalar şəbəkəsinə (28 may və Sədərək Ticarət Mərkəzi) və “Əhli-Beyt” dini dükanına (Nizami metrosu, Hacı Soltanəli məscidinin arxası) satış üçün verilib. Kitabın qiyməti 5 manat təşkil edir. Satışdan əldə olunan pul vəsaiti kitabın növbəti nəşrlərinə sərf olunacaq. 
Qeyd edək ki, son 3-cü nəşrdə “Qəlqələ” hərfləri, “Bəqərə” surəsinin əvvəli, “Yasin”, “Ər-Rəhman”, “Mulk” surə-ləri və “Xətmül-Quran duası” Təcvid qaydaları rənglərlə göstərilməklə əlavə edilib, bəzi naxışlar yeniləri ilə əvəzlənib.

Oxunub : 1870