Şeyxülislam həzrətləri Lənkəran rayonunda Şəhidlər xiyabanını ziyarət edib.

29.08.2021
Avqustun 28-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Lənkəran rayonunda Şəhidlər xiyabanını ziyarət edib.
  44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edən QMİ sədri Allahşükür Paşazadə canlarından keçən qəhrəman oğullarımızın ruhuna dualar oxuyub, xatirələrinə ehtiramını bildirib. Eyni zamanda, avqustun 28-də doğum günü olan şəhidlər Mayıl Əzizov, Emin Qurbanov və Həsənağa Abdullazadənin xatirələri anılıb, məzarları ziyarət olunaraq önünə tər güllər düzülüb, ruhlarına dualar oxunub.
   Ziyarətdə Milli Məclisin deputatı Cavanşir Paşazadə, QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi qazı Qəni Axunzadə də iştirak ediblər. 
 
 
 
 
 
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 4480