Monteneqroda Azərbaycan şəhidlərin ruhuna dualar oxundu

 
14.07.2021
Bu gün Monteneqronun Tuzi şəhərindəki Nizam məscidində Azərbaycanda Vətənin azadlığı uğrunda gedən müharibədə əbədiyyətə qovuşan şəhidlərin ruhuna dualar və xütbə oxundu.
Monteneqro İslam İcmasının rəhbəri və üzvləri bu gün Tuzi şəhərindəki Nizam Məscidində Azərbaycanda Vətənin azadlığı uğrunda gedən müharibədə əbədiyyətə qovuşan şəhidlərin ruhuna dualar və xütbə oxudular. İcma rəhbəri Rifat Feyziç tədbir iştirakçılarına müraciətində dedi:
“Yurdlarını, torpaqlarını və vətənlərini qorumaq üçün canlarından keçən şəhidləri dualarımızla xatırlamaq bizim borcumuz və vəzifəmizdir. Qardaş Azərbaycan xalqı əsrlər boyu onlara məxsus olan dəyərləri qorumaq məcburiyyətində qaldılar. Azərbaycan şəhidləri Ümmətin şəhidləridir, onlara ədalət və azadlıq uğrunda verdikləri fədakarlıq üçün minnətdarıq.”
Tədbirdə Azərbaycan-Monteneqro mədəni və iqtisadi mərkəzinin direktoru Seyran Mirzəzadə də iştirak edib. O da iştirakçılara müraciət edib:
“2020-ci ilin bu günü düşmən ərazimizə qarşı növbəti dəfə silahlı təxribat törətdi. Bu təxribat nəticəsində general Polad Həşimov və daha bir neçə əsgərimiz şəhid edildi. Bu günün çox böyük əhəmiyyəti var, çünki sentyabr ayınının sonunda başlayan əkshücum əməliyyatlarının başlaması üçün qığılcım oldu. Vətən müharibəsi 44 gün davam etdi. İşğal altında olan təxminən 13 min km2-lik ərazinin təxminən 11 min km2-i azad edildi. Bu müharibədə Azərbaycan 2900 şəhid verdi. Monteneqro İslam İcmasının davamlı dəstəyinə görə minnətdarıq. Bu, həmçinin bizim haqq və ədalət uğrunda mübarizə apardığımızın sübutudur.”
 
 
 
 
 

Oxunub : 3673