Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Akkan Suveri qəbul edib

 
 
09.06.2021 
         İyunun 8-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Mərmərə” qrupu strateji və sosial araşdırmalar vəqfinin baş direktoru Akkan Süveri qəbul etdi.
Səmimi qardaşlıq şəraitində keçən görüşdə cənab A. Süver  İstanbulda keçiriləcək XXIV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün QMİ sədri A. Paşazadəni Türkiyə Cümhuriyyətinə səfərə dəvət etdi. Əvvəlki Zirvə toplantılarında dəfələrlə iştirak edən Şeyxülislam A. Paşazadə nüfuzlu tədbirin xitabət kürsüsündən çıxışlar etmişdir. 
 2021-ci il iyulun 7-9-da İstanbulda təşkil olunacaq Zirvə toplantısının üzbəüz və onlayn olmaqla iki formatda keçirilməsi planlaşdırılır. Builki toplantıda müxtəlif sahələr üzrə, xüsusilə iqtisadi, enerji, səhiyyə, iqlim və telekommunikasiya istiqamətlərində dünyanın qabaqcıl elm, siyasi, ictimai xadimlərinin iştirakı ilə qlobal dünyanın ən vacib mövzuları müzakirə olunacaq.
 
 
 
QMİ-nin Mətbuat Xidməti
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 3684