Jerar Kardon: fikir mübadiləsi yerinə edam hökmü!

01.10.2020
 
Noyabr ayının 20-i Fransanın məşhur “Fiqaro” jurnalının səhifələrində “Dünyanın 120 incəsənət xadimi Ermənistanı və Artsaxı dəstəkləyir” adlı müraciət dərc olunub. Azərbaycana və Türkiyəyə qarşı yönəlmiş, faktlardan uzaq, nifrət və iftiralarla dolu bu müraciətin altında Alen Delon, Klaudia Kardinale kimi tanınmış incəsənət xadimləri, habelə mətnin müəllifi olduğu təxmin edilən fransız jurnalist Silven Tesson ilə birlikdə 20-dən çox erməni soyadını da görmək mümkündür. Oxşar “dəstək” müraciəti bir digər fransız mətbu orqanı olan “Ekspress” jurnalında da 6 imza ilə dərc olunub.
Mətbuat və söz azadlığı, eləcə də mətbuatda cavab haqqı prinsiplərini rəhbər tutaraq Fransanın məşhur yazıçı-jurnalisti, ictimai xadimi və insan hüquqları müdafiəçisi Jerar Kardon (Gerard Cardonne) həmin mətbu orqanlara müraciət edərək qeyd olunan üzdəniraq “dəstək” müraciətlərinə tutarlı cavab təqdim edib. Fransa mətbuatının bu məsələdə nə dərəcədə azad və obyektiv olması fransızlara qalsın, biz isə cənab Kardona öz dərin təşəkkürümüzü ifadə edərək onun cavabının mətnini vaxt itirmədən Azərbaycan oxucularına təqdim edirik:
 
«Fiqaro» jurnalının baş redaktoru, cənab Gilyom Rokett (Guillaume Roquette),
Salam !
Ermənistana və Artsaxa dəstək müraciətini imzalayanlardan heç birinin ünvanını tapa bilmədiyimə görə birbaşa Sizə müraciət etdiyim üçün üzr istəyirəm.
Mən dünyanın müxtəlif bölgələri üzrə ixtisaslaşan bir yazıçı olaraq əvvəlcə səyahət edir, görüb eşidir, sonra yazılarımı yazıram. Ən çox Bosniya və ya Əfqanıstanda olduğu kimi. Canlı yazıların duzu məhz bundadır.
Mən Silven Tessonun (Sylvain Tesson; qeyd - fransız səyahətçi-jurnalist) hazırladığı xəbəri oxuyub onun duyğuları ilə tanış oldum. Əminəm ki, o, Azərbaycanlıların da dərdinə eyni duyğularla şərik olmalı idi. Mən müharibə reportyorluğunu özünə peşə seçən bir şəxs olaraq bunun hər iki tərəf üçün nə qədər çirkin və amansız olduğunu bilirəm.
Sözü gedən müraciətə bir növ cavab hüququndan istifadə edərək qoşmada öz məqaləmi göndərirəm. Əslində, mən həmin müraciətin müharibənin absurdluğuna qarşı yazılmasını üstün tutardım.
İcazə verin, Sizə 2020-ci ilin oktyabrında nəşr olunan və Robert Hossein tərəfindən ön sözü «Qafqazlı üsyankar» ("L'Insoumise du Caucase") romanımı təqdim edim. Bu kitab mövzu ilə bağlı düşüncələrimi daha yaxşı əks etdirir.
Bu e-poçta diqqətiniz üçün təşəkkür edirəm.
Hörmətlə,
Jerar Kardon (Gerard Cardonne)
 
Məqalənin mətni:
 
“Uzun illərdir sizin abunəçi-oxuyucunuz olaraq, Qarabağla əlaqədar 120 şəxsin ittihamnamə xarakterli müraciətini diqqətlə və müəyyən təəccüblə oxudum.
Burada fikir mübadiləsi yerinə edam hökmü çıxarılıb.
Məəttəl qaldım, çünki çoxlarının Qafqaza heç vaxt ayaq belə basmadıqlarından əmin olduğum bu insanlardan daha ağıllı-başlı bir yanaşma gözlədim.
Digər tərəfdən, Silven Tesson*un parlaq, həssas və əyani tərzinin keyfiyyətini yüksək qiymətləndirərək düşünürəm ki, eyni tərzdən o, Azərbaycan kəndlərindəki oxşar faciəni təsvir edərkən istifadə edə bilərdi.
Bir erməni əsgəri, qadını və ya uşağının bir Azərbaycan əsgəri, qadını və ya uşağından fərqi yoxdur.
Bu teatr tamaşası və ya film deyil. Bütün xalqlar üçün həmişə bir dramadır.
Ya Müqəddəs Kirian, mən qan və ölüm qoxusunu yaxşı bilirəm. Xocalı mənə Srebrenitsanı xatırladır.
Orta və Yüksək Hərb Məktəbi mənə insan duyğularının üstündə olmağı təmin edən geosiyasəti öyrətdi. Bunun gözlərdən uzaq tutulması təəccüblüdür: səhvən və ya qəsdən, belə saxta məhkəməyə səbəb olur. Başqa cür, öz həllini çoxdan gözləyən bu münaqişədə Ermənistanın təcrid olunmasını necə izah etmək olar?
Dini müharibə? Baş qəhrəmanların hər birinin kim olduğunu xatırlayaq və gülümsəyək: Ermənistanın dini, rus himayəsindən çox uzaq ortodoks xristian dinidir. Ancaq ortada “demokratik şiə” yönü yaxşı bilinən İranın dəstəyi var. Bu da dediyiniz Rus dəstəyi.
 Azərbaycan, Türkiyənin dəstəklədiyi, lakin İsrailin də qəti hərbi dəstəyini alan dünyəvi bir müsəlman ölkəsidir. Bax, belə bir “kəlləmayallaq” dini qatmaqarışıqlıq. Bu ölkədəki multikulturalizmi Bakının mərkəzində erməni kilsəsinin yanında duran gözəl katolik kilsəsi sübut edir. Qubada gözəl sinaqoq öz yoldaşı olan yoldaşı məscidə göz qırpır.
Qafqazın bu bölgəsindəki tarixə qısa bir baxış: Sovet bloku dağılandan sonra, hər bir ölkə 1921-ci ildən bəri miras qalmış, lakin beynəlxalq aləmdə tanınan sərhədlər çərçivəsində öz müstəqilliyini bərpa etdi.
1992-ci ildə Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycana hücum etdi və onun ərazisinin beşdə birini: Qarabağı, həm də onunla Ermənistan arasındakı bütün bölgələri işğal etdi. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz ərazisini müdafiə etmək hüququ var idi. Üzdəniraq qondarma Artsax Respublikasını yalnız ... Ermənistan tanıyacaqdı.
Gizli həqiqət isə budur ki, bu ay 120.000 erməni qaçqın maşınlarla qaçarkən, 1992-ci ilin qış dövründə 800.000-ə yaxın azərbaycanlı, kürd, yəzidi və yəhudi sakininə qarşı dramatik etnik təmizləmə tətbiq olunmuşdu. Belə şəkildə deportasiya edilənlər öz ölkələrində qaçqın vəziyyətinə düşdülər! Bu şəkildə aparılan təmizləmə Qarabağda mütləq erməni çoxluğuna gətirib çıxartdı.
Orada hökm sürən vəziyyət multikulturalizmdən uzaq idi. Ancaq bu gün erməni qaçqınlarının yandırılmış torpaq siyasəti geri dönməmə ruhunun simvoludur.
Bu qarşıdurmada iki qanun prinsipi qarşı-qarşıya qoyulur: xalqların ərazi bütövlüyünə hörmət etmək müqabilində öz müqəddəratını təyinetmə hüququ.
Əvvəla, Fransanın Böyük Karl, XIV Lui və ya Napoleonun ərazilərini tələb etməsini təsəvvür etmək maraqlı olardı!
İkincisi isə, bir Elzaslı kimi, mən bütün vücudumla bilirəm ki, Böyük Almaniya naminə Hitlerin Elzası ilhaq etməsi, anamın bir «fransızla» evləndiyi üçün qovulması nə deməkdir.
Ermənistanın təcrid olunmasına gəlincə: beynəlxalq sərhədləri pozduğuna görə Birləşmiş Millətlər Təşkilatının 832, 853, 874 və 884 saylı qətnamələri, habelə Avropa Şurasının qərarlarına görə qanunu pozan bu millətin köməyinə heç bir ölkə gələ bilməz. Azərbaycanın Ermənistana hücum etmədiyi üçün, öz ərazisini qaytardığı üçün Rusiya Ermənistanla olan müdafiə müqaviləsinə əsasən müdaxilə edə bilməz.
Gəlin, bütün oyunçular üçün aydınlıq gətirək: Qafqaz möhtəşəm bir şahmat oyunudur. Fiqurlar oyunçulara görə hərəkət edir, ərazilər fəth olunur və itirilir. Ancaq belə bir an gəlir ki, oyunçulardan biri hilə işlədir və o zaman oyunun böyük ustası müdaxilə edir və oyunu dayandırır. Sonda Rusiya qalib gəlir.
Və bir az da geosiyasət haqqında: Rusiya liderləri Avropaya göz qırpan Ermənistana dərs verməklə öz bağında öz qaydalarının hökm sürdüyünü göstərdi. Və bu şahmat oyununu öz xeyrinə yenidən qurdu.
 Öz yoxluğu ilə “parlaq” olan BMT, Avropa Şurası, Minsk Qrupu - Avropa Birliyindən heç danışmayaq, bu tənzimləmədə söz sahibi deyillər və yalnız Qafqaz şahmat oyununun fiqurlarının necə bərpa olunduğunu müşahidə edə bilirlər.
Uşaqların partlayıcı dükanında odla oynaması təhlükəli bir oyundur. Bosniyanı, 1914-cü ili çox tez unuduruq!
Üzü küləyə yola çıxan bir yazıçı kimi insan oğlunun zəifliyini görmək üçün mən tez-tez Qafqaz bölgəsinə getmişəm. “Ed. Le Signe” nəşriyyatı tərəfindən 2020-ci ilin oktyabr ayında yayımlanan, Robert Hossein tərəfindən ön sözü L'Insoumise du Caucase romanımda mən bu qarşıdurmanı qabaqcadan görmüşdüm.
Fransa ilə Almaniya arasında illərdir davam edən müharibə və nifrətdən sonra bu gün Avropanın siyasi və iqtisadi birliyində bu iki ölkə arasındakı yeganə gərginlik bir futbol matçı əsnasında hiss olunur.
Bu, mənim Qafqaz ölkələrinə etdiyim yeganə “bəddua”dır.
Jerar Cardonne”
---------------------------------------------------
* - Ermənistandan “Le Figaro Magazine” jurnalı üçün reportaj hazırlayan jurnalist Silven Tesson “France İnter” televiziya kanalında yayımlanan verilişdə Ermənistan-Azərbaycan münaqişəsini qərəzli şəkildə şərh edib. Silven Tesson “kilsənin böyük qızı” Fransadan ortodoks ermənilər üçün dəstək istəyərək deyib: “Biz ölkəmizin xristian köklərinə sahib olduğunu unutmamalıyıq”. Özünü şeytan dünyasında strateq hesab edən S.Tesson Qarabağ münaqişəsinə dini don geyindirməyə çalışaraq diqqəti Ermənistanın işğalçılıq siyasətindən yayındırmağa cəhd göstərir.
------------------------
Jerar Kardon haqqında: 1935-ci ildə anadan olub. Peşəkar hərbçi olan J.Kardon 2-ci Dünya müharibəsindən sonra, 1950-ci illərdə Fransanın Almaniyada yerləşən zirehli tank diviziyasının qərargah rəisi olmuşdur. Sonralar ictimai və yaradıcılıq fəaliyyətə başlamışdır. Jerar Kardon sülh uğrunda fəal mübariz, insan hüquqları, o cümlədən, qadın və uşaq hüquqları müdafiəçisi, 40 kitab, o cümlədən, Azərbaycana həsr etdiyi “L'Insoumise du Caucase” (Qafqazın üsyankarı) romanının müəllifidir. Onun əsərləri alman, ingilis, Bosniya və dari dillərinə tərcümə olunub. Fransanın ali ordeni – Fəxri Legion ordeninin, habelə İncəsənət və Ədəbiyyat ordeninin sahibidir. 2018-ci ildə demokratik dəyərlərə sadiqliyə görə  Grand Est Region mükafatına layiq görülüb.
2017-ci ildə Jerar Kardon Azərbaycanı ziyarət etmiş, işğaldan azad olunan Cocuq Mərcanlıda olmuş, erməni hərbçilərinin qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət etmişdir. Fransalı qonaq mülki əhaliyə qarşı silahlı işlədilməsin pisləyərək, bunun beynəlxalq hüquq normalarına və konvensiyalara zidd olduğunu bildirib. Eyni zamanda Jerar Kardon qeyd edib ki, onun bölgəyə səfərinin əsas məqsədi burada baş verənləri öz gözləri ilə görüb ətraflı informasiya toplayaraq öz ölkələrində yaymaqdır.
Son illər Jerar Kardon Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə keçirilən bir sıra beynəlxalq dinlərarası konfransların fəal iştirakçısı olub.
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 7861